• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.7° Weather Columbus
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bədbəxt hadisələrə görə sığorta ödənişlərinin hesablanması qaydası dəyişir

14 İyul, 26 / 16:28
A A

İstehsalatda bədbəxt hadisələrə görə sığorta ödənişlərinin hesablanması qaydası dəyişdirilir.

Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, birdəfəlik sığorta ödənişinin sığorta olunanın əlilliyinə görə deyil, peşə əmək qabiliyyətini itirmə dərəcəsinə uyğun olaraq ödənilməsi təklif edilir. Dəyişiklik sığorta hadisələrinə vahid meyarın tətbiqini nəzərdə tutur.

Layihəyə əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi müəyyən edildikdə birdəfəlik sığorta ödənişi həyata keçiriləcək. Qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi eyni zamanda əlilliyin, yəni orqanizm funksiyalarının itirilməsinin də qiymətləndirilməsini ehtiva edir.

Bundan başqa, könüllü fəaliyyət iştirakçıları, istehsalat təcrübəsi (təlimi) keçən tələbələr və şagirdlər üçün icbari sığorta haqqının ödənilməsi mexanizmi də müəyyənləşdirilir. Layihəyə əsasən, könüllülər üzrə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, tələbə və şagirdlər üzrə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməlidir.

Dəyişikliklə, həmçinin birdəfəlik sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla müəyyən edilməsi təklif olunur. Layihə müəlliflərinin fikrincə, bu yanaşma sığorta fondunun maliyyə sabitliyinin qorunmasına, risklərin daha səmərəli idarə olunmasına və sığorta sistemi üzrə öhdəliklərin davamlı icrasına xidmət edəcək.

Arayışda bildirilir ki, təklif olunan dəyişikliklər, həmçinin Beynəlxalq Əmək Təşkilatı-nın “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıdakı məcburi köçkünlər hara köçürüləcək? – “Qaçqınkom”-dan açıqlama

İyul 14, 2026
Cəmiyyət

Bakıdakı kommunal müəssisələrin yeni strukturu TƏSDİQLƏNDİ

İyul 14, 2026
Cəmiyyət

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

İyul 14, 2026
Cəmiyyət

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

İyul 14, 2026
Cəmiyyət

İcbari tibbi sığortada elektron reseptlə bağlı yenilik qəbul edildi

İyul 14, 2026
Cəmiyyət

Kibertəhlükəsizlik tələblərini pozanlar cərimələnəcək

İyul 14, 2026

XƏBƏR LENTİ

Bakıdakı məcburi köçkünlər hara köçürüləcək? – “Qaçqınkom”-dan açıqlama

14 İyul, 26 / 18:15

Bakıdakı kommunal müəssisələrin yeni strukturu TƏSDİQLƏNDİ

14 İyul, 26 / 18:00

Çin XİN başçısı qazaxıstanlı həmkarı ilə görüşdü

14 İyul, 26 / 17:46

Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsinin test mərhələsinə başlayır

14 İyul, 26 / 17:29

Enerji Effektivliyi Fondunun səlahiyyətləri genişlənir

14 İyul, 26 / 17:13

Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

14 İyul, 26 / 16:57

İcbari tibbi sığortada elektron reseptlə bağlı yenilik qəbul edildi

14 İyul, 26 / 16:43

Bədbəxt hadisələrə görə sığorta ödənişlərinin hesablanması qaydası dəyişir

14 İyul, 26 / 16:28

Kibertəhlükəsizlik tələblərini pozanlar cərimələnəcək

14 İyul, 26 / 16:16

Daşınmaz əmlakın reyestri və kadastrı vahid sistemdə birləşdirilir

14 İyul, 26 / 16:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.