Cagdas.az xəbər veriri ki Ölkə.az-ın sorğusuna cavab olaraq qurumdan qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonunun Elşən Süleymanov küçəsində yerləşən, 14 saylı Peşə Liseyninin yataqxanasında hazırda, əsasən, Ağdam, Füzuli, Zəngilan və Kəlbəcər rayonlarından olan məcburi köçkün ailələri müvəqqəti məskunlaşıblar.
“Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra onların işğaldan azad olunan ərazilər üzrə qayıdışına şərait yaradılıb”, – “Qaçqınkom”dan bildirilib.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir:
“Həmin ərazilərdə bərpa edilən və yeni tikilən yaşayış məntəqələrinə, ilk növbədə, qəzalı şəraitdə olan yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililərdə və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür.
14 saylı Peşə Liseyninin yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər hansı rəsmi müraciəti daxil olmayıb”.
Xatırladaq ki, yataqxanada illərdir yaşayan 120-yə yaxın məcburi köçkün ailəsinə binanın söküləcəyi deyilib. 30 ildən çoxdur yataqxanada yaşayan keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlara köçürülür. İddialara görə, onlara qeydiyyatda olduqları rayonlara deyil, başqa bölgələrə köçmələri təklif olunub.
















