İstanbulun Üskudar rayonunda yerləşən Müqəddəs Karapet Erməni Kilsəsi uzunmüddətli təmir işlərindən sonra yenidən fəaliyyətə başlayıb.
Cagdas.az news.am-a istinadən xəbər verir ki, Kilsənin açılış mərasimində Konstantinopol erməni patriarxı arxiyepiskop Sahak Maşalyan, din xadimləri və kilsə fondunun nümayəndələri iştirak ediblər.
Mərasim zamanı kilsənin keşişi Yeğişe Üçkunyan təbrik edilib. Təmir olunmuş kilsədə ilk dini mərasimin iyulun 12-də keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Müqəddəs Karapet kilsəsinin qəbiristanlığında naməlum şəxs tərəfindən 6 məzara ziyan vurulmuşdu. Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.
















