• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı – Çoxunun bilmədiyi detal

15 İyul, 26 / 10:19
A A

Son illər minlərlə azərbaycanlı daha yüksək gəlir əldə etmək məqsədilə xaricdə işləməyə üstünlük verir. Lakin onları narahat edən əsas məsələlərdən biri gələcək pensiya təminatıdır. Xüsusilə uzun illər əmək miqrantı kimi çalışan vətəndaşlar xaricdə işlədikləri müddətin pensiya hesablanmasına necə təsir edəcəyini maraqla izləyirlər.

Xaricdə işlənilən illər Azərbaycanda pensiya stajına daxil edilirmi? Başqa ölkədə ödənilən sosial sığorta haqları gələcək pensiya hüququna necə təsir edir və xaricdə qazanılan əmək stajı Azərbaycanda pensiya hesablanarkən nəzərə alınırmı? Bu sahədə ölkələr arasında hansı qaydalar tətbiq edilir?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu, şəxsin işlədiyi ölkədən, həmin dövlətin qanunvericiliyindən və Azərbaycanla bağlanmış beynəlxalq müqavilələrin mövcudluğundan asılıdır:

“Azərbaycanda əmək pensiyası hüququ məcburi dövlət sosial sığorta haqları ödənilmiş sığorta stajı və fərdi hesabda toplanmış pensiya kapitalı əsasında müəyyən edilir. Buna görə də təkcə işləmək kifayət etmir. Əmək münasibətləri rəsmi qaydada rəsmiləşdirilməli və həmin dövr üzrə sosial sığorta haqları ödənilməlidir. Xaricdə işlənilən müddət avtomatik olaraq Azərbaycanda sığorta stajı kimi qəbul edilmir. Şəxs yalnız işlədiyi ölkənin sosial sığorta sisteminə ödəniş edibsə, həmin müddət Azərbaycan qanunvericiliyinə əsasən birbaşa sığorta stajı hesab olunmur. Bu, yalnız Azərbaycanla həmin dövlət arasında sosial təminat və ya pensiya təminatı sahəsində beynəlxalq müqavilə qüvvədə olduqda mümkündür. Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericiliyin tərkib hissəsidir və qanunlarla ziddiyyət yarandıqda onların müddəaları tətbiq edilir. Belə müqavilələr adətən sığorta stajının qarşılıqlı tanınmasını, hər bir dövlətin öz ərazisində qazanılmış staja görə pensiya ödəməsini, pensiya hüquqlarının qorunmasını nəzərdə tutur”.

Hüquqşümas bildirib ki, Azərbaycan bir sıra ölkələrlə, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Belarus, Qazaxıstan və digər dövlətlərlə sosial təminat sahəsində sazişlər bağlayıb:

“Bu sazişlərə əsasən, müəyyən şərtlər daxilində hər iki ölkədə qazanılmış sığorta stajı nəzərə alına və pensiya hüququnun yaranmasına təsir göstərə bilər. Əgər şəxs xaricdə əmək müqaviləsi olmadan və sosial sığorta haqları ödənilmədən işləyibsə, həmin müddət, bir qayda olaraq, nə işlədiyi ölkədə, nə də Azərbaycanda pensiya stajı kimi tanınır. Buna görə də xaricdə işləyən vətəndaşlar əmək münasibətlərini rəsmi qaydada rəsmiləşdirməli, sosial sığorta ödənişlərinin aparılmasına nəzarət etməli, əmək fəaliyyətini təsdiq edən sənədləri saxlamalı və işləyəcəkləri ölkə ilə Azərbaycan arasında müvafiq sazişin olub-olmadığını əvvəlcədən araşdırmalıdırlar. Zərurət yarandıqda isə Dövlət Sosial Müdafiə Fonduna və ya hüquqşünasa müraciət etmək məqsədəuyğundur”.

E.Bayramova qeyd edib ki, xaricdə işləmək gələcək pensiya hüququnun itirilməsi demək deyil:

“Lakin həmin əmək stajının Azərbaycanda nəzərə alınması yalnız qanunvericilikdə müəyyən edilmiş şərtlər və qüvvədə olan beynəlxalq müqavilələr əsasında mümkündür. Buna görə də xaricdə işləməyi planlaşdıran şəxslər gələcək pensiya təminatını da nəzərə almalı, əmək münasibətlərini rəsmi qaydada rəsmiləşdirməli və sosial sığorta ödənişlərinin vaxtında həyata keçirilməsinə diqqət yetirməlidirlər”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

İyul 15, 2026
Cəmiyyət

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır – Fərqlər nələrdir?

İyul 15, 2026
Cəmiyyət

Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

İyul 15, 2026
Cəmiyyət

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

İyul 15, 2026
Cəmiyyət

Avropada minlərlə insanı öldürdü, Bakıya da çatdı – Bu saatlarda çölə çıxmayın!

İyul 15, 2026
Cəmiyyət

Azərbaycanlıların olduğu gəminin VURULMA ANI – VİDEO

İyul 15, 2026

XƏBƏR LENTİ

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

15 İyul, 26 / 12:41

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır – Fərqlər nələrdir?

15 İyul, 26 / 12:27

Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

15 İyul, 26 / 12:15

Bu ölkədə su qıtlığı: Fövqəladə vəziyyət elan edildi

15 İyul, 26 / 12:01

ABŞ Xəzərdə yük daşıyan gəmilərə sanksiya tətbiq etdi

15 İyul, 26 / 11:45

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

15 İyul, 26 / 11:27

Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı

15 İyul, 26 / 11:11

Tramp Baydenin qərarını dəyişdi – Bakı Vaşinqtondan məşhur xəbəri gözləyir

15 İyul, 26 / 10:55

İran parlamentində xaos: ABŞ-la bağlı görün nə istənildi

15 İyul, 26 / 10:38

Pensiya ilə bağlı gözlənilməz məqam ortaya çıxdı – Çoxunun bilmədiyi detal

15 İyul, 26 / 10:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.