• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xəzərə hücum edən naməlum “varlıqlar” – dənizdə boğulmaya onlar səbəb olur?

15 İyul, 26 / 11:27
A A

Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır.

Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev deyib ki, ən əsas səbəb insanların məsuliyyətsizliyidir:

“Bəli, xüsusilə Bakı, Abşeron və Xızı ərazisində nəzarətsiz qum daşımaları geniş vüsət alıb və təəssüf ki, Ekoloqgiya və Təbii Sərvətlər Nzirliyi (ETSN) bunun qarşısını almaqda ya passivdir, ya da bacarmır. Lakin birbaşa dənizdən qum daşınması həm olduqca çətin və ağır prosesdir, həm də dənizdən çıxarılan qum sulu olduğuna görə onun tikinti materialı kimi istifadəsi demək olar ki, mümkün deyil. Buna görə də dənizdən qum daşınması ilə bağlı deyilənləri müəyyən qədər uydurma hesab etmək olar. Nəzərə almaq lazımdır ki, hətta sahildən qum daşınsa belə, dəniz buna görə geri çəkilmir. Çünki qum daşınan ərazilər əsasən sahil zonasında yerləşir”.

A.Mustafayevin sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən biri temperatur fərqidir:

“Son dövrlərdə havanın temperaturu qısa müddət ərzində kəskin şəkildə yüksəlməyə başlayıb. Bildiyimiz kimi, suyun istilik tutumu qurudan daha yüksəkdir. Buna görə də quru ilə dəniz suyu arasında, eləcə də suyun üst və alt qatları arasında ciddi temperatur fərqi yaranır. İsti havadan birdən-birə soyuq suya daxil olmaq bir çox insanda əzələ problemlərinə və qıcolmalara səbəb ola bilər. Digər səbəblərdən biri insanların çimməyin qadağan olunduğu ərazilərdə dənizə girməyə cəhd etməsidir. Bundan əlavə, bəzi məsuliyyətsiz şəxslərin spirtli içki qəbul etdikdən sonra dənizə girməsi də faciəvi hadisələrə yol aça bilər. Ən ciddi səbəblərdən biri isə xüsusilə üzməyi bilməyən insanların öz fiziki imkanlarını düzgün qiymətləndirmədən dənizin təhlükəli hissələrində çimməyə cəhd etməsidir. Ümumilikdə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəbləri bunlardır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi

İyul 15, 2026
Cəmiyyət

İlin ilk yarısında inflyasiya 5,7 faiz oldu

İyul 15, 2026
Cəmiyyət

Vaxtı bitən hədiyyə kartı istifadə oluna bilər – Hakim AÇIQLADI

İyul 15, 2026
Cəmiyyət

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İyul 15, 2026
Cəmiyyət

İctimai nəqliyyatda gizli dini təbliğat

İyul 15, 2026
Cəmiyyət

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

İyul 15, 2026

XƏBƏR LENTİ

Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi

15 İyul, 26 / 14:06

İlin ilk yarısında inflyasiya 5,7 faiz oldu

15 İyul, 26 / 13:52

Vaxtı bitən hədiyyə kartı istifadə oluna bilər – Hakim AÇIQLADI

15 İyul, 26 / 13:38

İlham Əliyev Ərdoğana məktub ünvanladı

15 İyul, 26 / 13:23

İctimai nəqliyyatda gizli dini təbliğat

15 İyul, 26 / 13:09

Qızılın qiyməti ucuzlaşdı

15 İyul, 26 / 12:55

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

15 İyul, 26 / 12:41

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır – Fərqlər nələrdir?

15 İyul, 26 / 12:27

Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

15 İyul, 26 / 12:15

Bu ölkədə su qıtlığı: Fövqəladə vəziyyət elan edildi

15 İyul, 26 / 12:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.