• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.9443
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Vaxtı bitən hədiyyə kartı istifadə oluna bilər – Hakim AÇIQLADI

15 İyul, 26 / 13:38
A A

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.

Cagdas.az bildirir ki, hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil.

Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan “yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər”, “müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir” kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur.

F.Qasımov bildirib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır.

Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır.

Hakim bildirib ki, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir. Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi isə satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər.

Hakimin sözlərinə görə, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Sahibə Qafarova Qətərdə Prezidentin başsağlığını çatdırıb – YENİLƏNİB

İyul 15, 2026
Cəmiyyət

Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi

İyul 15, 2026
Cəmiyyət

İlin ilk yarısında inflyasiya 5,7 faiz oldu

İyul 15, 2026
Cəmiyyət

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İyul 15, 2026
Cəmiyyət

İctimai nəqliyyatda gizli dini təbliğat

İyul 15, 2026
Cəmiyyət

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

İyul 15, 2026

XƏBƏR LENTİ

Sahibə Qafarova Qətərdə Prezidentin başsağlığını çatdırıb – YENİLƏNİB

15 İyul, 26 / 14:21

Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi

15 İyul, 26 / 14:06

İlin ilk yarısında inflyasiya 5,7 faiz oldu

15 İyul, 26 / 13:52

Vaxtı bitən hədiyyə kartı istifadə oluna bilər – Hakim AÇIQLADI

15 İyul, 26 / 13:38

İlham Əliyev Ərdoğana məktub ünvanladı

15 İyul, 26 / 13:23

İctimai nəqliyyatda gizli dini təbliğat

15 İyul, 26 / 13:09

Qızılın qiyməti ucuzlaşdı

15 İyul, 26 / 12:55

AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

15 İyul, 26 / 12:41

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır – Fərqlər nələrdir?

15 İyul, 26 / 12:27

Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

15 İyul, 26 / 12:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.