• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb - FOTO

18 İyul, 26 / 18:31
A A

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb.

Çağdaş.Az xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda tarixən nəşr olunmuş “Əkinçi”, “Ziya”, “Tərəqqi” və “Həyat” kimi adlandırılıb.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Digər təşkilatçı Yurd.Media-nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaq. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.

Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov çıxışında jurnalistlər arasında təşkil olunan belə turnirlərin əhəmiyyətini qeyd edərək bütün iştirakçılara uğurlar arzu edib.

Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor “Avrora Qrup”un hədiyyələri təqdim olunub.

Ardından yarışa start verilib.

Turnirin ilk oyununda ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan “Əkinçi” komandası informasiya agentliklərinin jurnalistlərindən ibarət “Ziya” komandasını 5:3 hesabı ilə məğlub edib.

“Əkinçi” komandasının qollarını komandanın kapitanı, Sitat.info xəbər portalının rəhbəri Məğrur Salmanov ( 2 qol), Referans MEDİA-nın baş redaktoru və Cagdas.az saytının rəhbəri Xəqani Əliyev (2 qol) və Yeniera.az saytının rəhbəri Ariz Həsənoğlu (1 qol) vurub. “Ziya” komandasının hücumçusu, Xəbərsiz.media saytının rəhbəri Ziyafət Əlisoy( 2 qol), Oxu.az saytının əməkdaşı Murad Əliyev (1 qol) vurub.

Sonra televiziya nümayəndələrinin olduğu “Həyat” komandası idman jurnalistlərindən ibarət “Tərəqqi” komandası ilə qarşılaşıb. Bu oyunda isə idman jurnalistləri 3:2 hesablı qələbə qazanıblar.

Beləliklə, iyulun 19-da keçiriləcək final oyununda “Əkinçi” “Tərəqqi” ilə, 3-cü yer uğrunda oyunda isə “Ziya” ilə “Həyat” komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Bənzər Xəbərlər

İdman

“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı

İyul 20, 2026
İdman

DÇ-2026 nə ilə yadda qaldı? Rekordlar, skandallar, siyasət və əfsanəvi anlar

İyul 20, 2026
İdman

“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTOLAR

İyul 20, 2026
İdman

“Qarabağ”ın ÇSKA ilə oyunlarını bu hakimlər idarə edəcək

İyul 18, 2026
İdman

Mahir Emreli bu kluba keçir

İyul 18, 2026
İdman

“Qarabağ”ın biletləri bu gün satışa çıxacaq

İyul 18, 2026

XƏBƏR LENTİ

Azərbaycan beşinci oldu

21 İyul, 26 / 14:33

İlham Əliyevi qarşılayan Prezident – Böyrəyinin birini xanımına verən LİDER

21 İyul, 26 / 14:19

Pensiyalar bu tarixdə veriləcək – RƏSMİ

21 İyul, 26 / 14:06

Bu halda əlavə əmək haqqı ödənilməlidir – Ali Məhkəmə

21 İyul, 26 / 13:51

Bakı-Naxçıvan avtobus reysləri nə vaxt bərpa olunacaq? – RƏSMİ

21 İyul, 26 / 13:38

Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib

21 İyul, 26 / 13:25

İşəgötürənlərə ciddi xəbərdarlıq: Bu səhv sizə baha başa gələ bilər

21 İyul, 26 / 13:11

Günəşdə güclü partlayış: maqnit qasırğası olacaq

21 İyul, 26 / 12:57

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

21 İyul, 26 / 12:42

Azərbaycanda 38 dərəcə isti olacaq – Proqnoz

21 İyul, 26 / 12:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.