• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

23 İyul, 26 / 16:15
A A

2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib.

Cagdas.az  xəbər verir ki, bu göstərici 2026-cı il aprelin 1-i ilə müqayisədə 1,6 min nəfər və ya 0,6% artıb.

İyulun 1-nə qeydiyyatda olan işsizlərin 52,3%-ni qadınlar təşkil edib. Aprelin əvvəlində isə qadınların payı 51,7% olub. Beləliklə, rüb ərzində işsiz qadınların ümumi işsizlər arasında xüsusi çəkisi 0,6 faiz bəndi yüksəlib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği də artıb. Belə ki, iyulun 1-i vəziyyətinə orta aylıq ödəniş 475,8 manat olubsa, aprelin 1-də bu göstərici 475 manat təşkil edib. Rüblük artım 0,8 manat və ya 0,2% olub.

Qeyd edək ki, ilin əvvəlində qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olmuş, onların 51,9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 452,8 manat idi.

2026-cı il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər təşkil edib. Onların 5 milyon 137,1 min nəfəri məşğul əhali olub. Bu göstəricilər əsasında hesablandıqda, ölkədə işsizlərin sayı 280,6 min nəfər, işsizlik səviyyəsi isə təxminən 5,2% təşkil edib.

Müqayisə üçün, 2026-cı il aprelin 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 389,8 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 108,4 min nəfər olub. Həmin dövrdə işsizlərin sayı təxminən 281,4 min nəfər, işsizlik səviyyəsi isə 5,2% səviyyəsində olub.

Beləliklə, II rüb ərzində iqtisadi fəal əhalinin sayı 27,9 min nəfər və ya 0,5% artıb, məşğul əhalinin sayı isə 28,7 min nəfər və ya 0,6% yüksəlib. Hesablamalara görə, işsizlərin sayı 0,8 min nəfər azalıb, işsizlik səviyyəsi isə dəyişməyərək 5,2% səviyyəsində qalıb.

2026-cı il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər təşkil edib. Onların 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Muzdla çalışanların 30,5 min nəfəri neft-qaz sektorunun, 1 milyon 760,1 min nəfəri isə qeyri-neft-qaz sektorunun payına düşüb. (modern.az)

Bənzər Xəbərlər

Electric car charging at home, Clean energy filling technology. 3D illustration
Cəmiyyət

Azərbaycanda elektrikli avtomobillərə tələbat artıb, bəs infrastruktur var?

İyul 23, 2026
Cəmiyyət

Ətin qiyməti niyə od tutub yanır?

İyul 23, 2026
Cəmiyyət

Onların işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

İyul 23, 2026
Cəmiyyət

Azərbaycanda çörək ucuzlaşacaq? – Diqqətçəkən proqnoz

İyul 23, 2026
Cəmiyyət

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

İyul 23, 2026
Cəmiyyət

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

İyul 23, 2026

XƏBƏR LENTİ

Electric car charging at home, Clean energy filling technology. 3D illustration

Azərbaycanda elektrikli avtomobillərə tələbat artıb, bəs infrastruktur var?

23 İyul, 26 / 18:07

Ətin qiyməti niyə od tutub yanır?

23 İyul, 26 / 17:53

Onların işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23 İyul, 26 / 17:37

Azərbaycanda çörək ucuzlaşacaq? – Diqqətçəkən proqnoz

23 İyul, 26 / 17:22

Atası təsisçi, qızı rektordur – Qalmaqallı universitet kimə məxsusdur?

23 İyul, 26 / 17:10

İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi

23 İyul, 26 / 16:57

Süni qiymət artımlarının qarşısı necə alınmalıdır? – AÇIQLAMA

23 İyul, 26 / 16:41

Azərbaycanda yeni dövlət qurumu yaradılır

23 İyul, 26 / 16:28

Azərbaycanda işsizlərin sayı artıb – RƏQƏMLƏR

23 İyul, 26 / 16:15
Corporate Management Strategy Solution Branding Concept

Azərbaycan bu ölkənin iş modelinə keçir – atalıq məzuniyyəti olacaq

23 İyul, 26 / 15:59
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.