• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları – SİYAHI

30 İyul, 26 / 16:15
A A

Son illər Azərbaycanda saxta qida və içki məhsullarının dövriyyəsi istehlakçıların sağlamlığı və hüquqlarının qorunması baxımından ciddi müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə tanınmış brendlərin adından və qablaşdırmasından istifadə edilməklə satışa çıxarılan saxta məhsulların bazarda mövcudluğu ilə bağlı vaxtaşırı faktlar aşkarlanır.

Cagdas.az mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları sırasında yerli və xaricdən gətirilən spirtli içkilər xüsusi yer tutur.

Onun sözlərinə görə, spirtli içkilər bazarında ciddi problemlər mövcuddur:

“Yalnız qida məhsullarından danışsaq, ən çox saxtalaşdırılan məhsullar yerli və xaricdən gətirilən spirtli içkilərdir. Araqların saxlanma müddəti 1 ildən artıq deyil, şərabların 6 aydan artıq deyil, konyakların isə 3 ildən artıq deyil. Monitorinq aparsaq görərik ki, araqların 95 faizinin üzərində istehsal tarixi və son istifadə müddəti göstərilmir. Digər məhsullarda da eyni vəziyyət müşahidə olunur. Bu isə o deməkdir ki, vaxtı keçmiş məhsulların satışa çıxarılması mümkündür”.

E.Hüseynov xatırladıb ki, 2019-cu ildə spirtli içkilərin istehsalı üzrə lisenziyaların ləğv edilməsindən sonra bazarda istehsalçıların sayı kəskin artıb:

“2019-cu ildən spirtli içkilərlə bağlı lisenziyalar ləğv olundu. Həmin vaxta qədər cəmi 4-5 araq istehsalçısı var idi. Lisenziyalar ləğv olunandan sonra isə hazırda 90-a yaxın araq istehsalçısı fəaliyyət göstərir. Təəssüf ki, bəzi hallarda mənşəyi məlum olmayan, naməlum mayelərdən araqlar hazırlanaraq satışa çıxarılır”.

Onun sözlərinə görə, uzun illər bazarda fəaliyyət göstərən tanınmış istehsalçılar məhsullarının saxtalaşdırılmaması üçün ciddi xərc çəksələr də, bunun qarşısını tam ala bilmirlər:

“Məsələn, əhalinin rəğbətini qazanmış “Gəncə Şərab” müəssisəsi qablaşdırma materiallarında daim dəyişiklik edir ki, məhsulları saxtalaşdırılmasın. Lakin buna baxmayaraq, həmin məhsulların saxta nümunələrinə yenə də rast gəlinir”.

AİB sədri qeyd edib ki, Azərbaycanda keyfiyyətli şərab istehsalı mövcuddur:

“Azərbaycanda normal şərab istehsalı var. Mən bir neçə il əvvəl yerli istehsal olunan şərablardan birini Fransaya, konfransa gedərkən aparmışdım. Bir ay sonra mənə rəsmi məktub göndərildi ki, həmin şərab qızıl medala layiq görülüb və Fransaya gəlib mükafatı götürməyimi xahiş etdilər. Onlar məni şərab istehsalçısı hesab etmişdilər. Mən isə nə həmin müəssisəni tanıyırdım, nə də gedib mükafatı götürdüm. Bu onu göstərir ki, ölkəmizdə keyfiyyətli məhsullar istehsal olunur. Problem onların saxtalaşdırılmasıdır”.

E.Hüseynov hesab edir ki, hökumətin araqların minimum satış qiymətini müəyyən etməsi problemi aradan qaldırmayıb:

“Bir müddət əvvəl hökumət araqların minimum satış qiymətini müəyyənləşdirdi. Əvvəllər yarım litri 4 manata satılan araqlar vardı. İndi isə həmin qiymət artırılıb. Hesab edirəm ki, bu qərar həm istehlakçıların, həm də normal istehsalçıların ziyanınadır. Əvvəllər istehlakçı ucuz və keyfiyyətsiz araq alırdısa, indi baha qiymətə yenə keyfiyyətsiz araq alır. Düşünürəm ki, bu qərara yenidən baxılmalıdır”.

O nəzərə çatdırıb ki, keyfiyyətli məhsul istehsal edən müəssisələr də öz bazarlarını qorumaq üçün maarifləndirmə işi aparmırlar:

“Təəssüf ki, normal içki istehsal edən müəssisələr bazarlarını qorumaq üçün mediada demək olar ki, heç bir iş aparmırlar. Bu bazar kifayət qədər çirklənmiş sahələrdən biridir. Eyni vəziyyət xaricdən gətirilən spirtli içkilərdə də müşahidə olunur”.

AİB sədri əlavə edib ki, oxşar problemlər qablaşdırılmış içməli su bazarında da mövcuddur:

“Su bazarında da vəziyyət eynidir. Suyu ayırd etmək istehlakçı üçün çox çətindir. Su təbiətin möcüzəsidir – dadı, rəngi, qoxusu yoxdur. İstehlakçı bunu müəyyən edə bilmir. Bir il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi etiket məlumatları ilə məhsulun mənşəyini araşdırdı və bir sıra su istehsalçılarını ifşa etdi”.

Onun sözlərinə görə, yağ, kolbasa və sosiska məhsulları bazarında da saxtalaşdırma halları qalmaqdadır:

“Yağ və kolbasa məhsullarında da problemlər yaşanır. Xüsusilə marketlərdə və digər satış yerlərində etiketsiz satılan kolbasa və sosiskalar təhlükəlidir və saxtalaşdırılmış məhsullar hesab olunur. Təəssüf ki, bu sahədə fəaliyyət göstərən istehsalçılar da bazarlarını qorumaq üçün lazımi iş aparmırlar”.

E.Hüseynov həmçinin vurğulayıb ki, istehlakçıların saxta məhsulu orijinaldan ayırması heç də asan deyil:

“İstehlakçı saxta məhsulu orijinaldan hər zaman ayıra bilmir. Ona görə də məhsul alarkən etiketi diqqətlə oxumaq, tərkibinə baxmaq vacibdir. Kərə yağı alarkən onu sıxmaq olar. Əlinə daha bərk gələn məhsulun kərə yağı olma ehtimalı daha yüksəkdir. Duru yağlarda isə vəziyyət daha mürəkkəbdir və onları ayırd etmək istehlakçı üçün çox çətindir. Bütün hallarda etiketsiz məhsul almaqdan çəkinmək lazımdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

İyul 30, 2026
Cəmiyyət

4 il keçir – Talıbovdan sonra Naxçıvanda nələr dəyişdi?

İyul 30, 2026
Cəmiyyət

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi

İyul 30, 2026
Cəmiyyət

Azərbaycanlıların olduğu növbəti gəmiyə dron HÜCUMU

İyul 30, 2026
Cəmiyyət

Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək

İyul 30, 2026
Cəmiyyət

Çimərliyə gedənlərin nəzərinə!

İyul 30, 2026

XƏBƏR LENTİ

FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

30 İyul, 26 / 17:23

4 il keçir – Talıbovdan sonra Naxçıvanda nələr dəyişdi?

30 İyul, 26 / 17:10

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi

30 İyul, 26 / 16:56

Azərbaycanlıların olduğu növbəti gəmiyə dron HÜCUMU

30 İyul, 26 / 16:41

Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək

30 İyul, 26 / 16:27

Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları – SİYAHI

30 İyul, 26 / 16:15

Çimərliyə gedənlərin nəzərinə!

30 İyul, 26 / 16:02

Bağlanan bankların əmlakları satışa çıxarıldı

30 İyul, 26 / 15:49

Azərbaycanda nağd puldan nə vaxt imtina olunacaq?

30 İyul, 26 / 15:38

İran-dan ABŞ-a kömək edən ölkələrə sərt xəbərdarlıq

30 İyul, 26 / 15:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.