• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.1° Weather Columbus
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ətin qiymətində gözlənilməz dəyişiklik – Nazirlik hərəkətə keçə bilər

31 İyul, 26 / 12:26
A A

Son bir ayda Azərbaycanın ət bazarında qiymət artımı müşahidə edilir. Xüsusilə dana və quzu ətinin bahalaşması həm alıcıların büdcəsinə təsir edir, həm də bazarda bu artımın səbəbləri ilə bağlı müzakirələri artırır. Mütəxəssislər qiymət dəyişikliklərini heyvandarlıq sektorundakı azalma, yem xərclərinin yüksəlməsi və idxalla bağlı amillərlə əlaqələndirirlər.

Bu ilin ilk yarısında Gürcüstandan Azərbaycana diri qoyun idxalının kəskin artması da diqqət çəkir. Belə ki, yanvar-iyun aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Mövcud vəziyyətdə tənqid hədəflərindən biri də kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.

Nazirlik bahalaşmanın qarşısını ala bilərmi?

Cagdas.az xəbər verir  ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, nazirliyin bahalaşmanın qarşısını tam ala bilməsi real görünmür:

“Çünki ətin qiymətinə təsir edən bir sıra əsas amillər var. Hazırda daxili istehsal tələbatı tam ödəmədiyi üçün bazar xarici amillərdən asılı vəziyyətdədir. Nazirlik qiymət tənzimləməsi həyata keçirməyə cəhd etsə, bu zaman da fermerlər yem bazasının və istehsal xərclərinin artmasını əsas gətirəcəklər. Həmçinin, diri heyvan və ət idxalının həcmi və qiymətləri, bazarda vasitəçilərin rolu, logistika xərcləri və s. qiymətlərə təsir göstərir. Xarici bazarlarda baş verən qiymət dəyişiklikləri və tədarük problemləri birbaşa daxili bazara sirayət edir”.

vusale ehmedova 1

Vüsalə Əhmədova

İqtisadçı qeyd edib ki, bütün bunlara baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi ciddi təsir imkanlarına malikdir:

“Məsələn, subsidiya və güzəştlərlə yerli istehsalçıların dəstəklənməsi, diri heyvan və ət idxalının asanlaşdırılması, satış yarmarkalarının təşkili, istehsalın artırılması üçün heyvandarlıq proqramlarının genişləndirilməsi və s. vasitələrlə qiymət artımı nəzərəçarpacaq dərəcə yumşaldıla bilər.

Fikrimcə, subsidiya siyasətinin səmərəliliyinin artırılması, yerli istehsalın stimullaşdırılması və bazarda rəqabətin gücləndirilməsi bu sahədə prioritetlər olmalıdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

ABŞ vizaları ilə bağlı yeni qayda: 20 min dollar…

Avqust 1, 2026
Cəmiyyət

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Avqust 1, 2026
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Avqust 1, 2026
Cəmiyyət

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

Avqust 1, 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ oldu

Avqust 1, 2026
Cəmiyyət

MİQ-də 8 test tapşırığında uyğunsuzluq aşkarlandı

Avqust 1, 2026

XƏBƏR LENTİ

ABŞ vizaları ilə bağlı yeni qayda: 20 min dollar…

01 Avqust, 26 / 15:34

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

01 Avqust, 26 / 15:13

Bazar gününə olan hava proqnozu açıqlanıb

01 Avqust, 26 / 14:52

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

01 Avqust, 26 / 14:33

Azərbaycanda zəlzələ oldu

01 Avqust, 26 / 14:11

Mərakeşdən İspaniyaya keçən miqrantların hamısı geri qaytarıldı

01 Avqust, 26 / 13:52

MİQ-də 8 test tapşırığında uyğunsuzluq aşkarlandı

01 Avqust, 26 / 13:33

Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi – Foto

01 Avqust, 26 / 13:14

Bu gün 6 Azərbaycan güləşçisi xalça üzərinə çıxacaq

01 Avqust, 26 / 12:54

Həftə sonu bürcləri nələr gözləyir?

01 Avqust, 26 / 12:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.