• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.8° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - VİDEO

06 Sentyabr, 26 / 11:32
A A

ABŞ-də Dallas Fort-Uortdan Nyuarka uçan “American Airlines” təyyarəsində sərnişinin aqressiv davranışı salonda böyük gərginliyə səbəb olub.

Ətrafındakı sərnişinlərə hücum edən şəxs əvvəlcə plastik qandallarla zərərsizləşdirilib, daha sonra oturacağına yapışqan lentlə bağlanıb.

Təyyarə isə təcili eniş üçün Baltimora yönəldilib.

Hadisə “American Airlines”in 618 nömrəli reysində baş verib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) uçuş heyətinə sərnişinin yaratdığı insident barədə məlumat daxil olduğunu açıqlayıb.

CNN-ə danışan sərnişinlər Riçard Olenik və Xuan Mejianın sözlərinə görə, birinci sinif bölməsində bir neçə sıra arxada oturan sərnişin uçuşun yarısından çoxu keçdikdən sonra aqressiv davranmağa başlayıb.

Bildirilir ki, stüardessaya müdaxilə etməyə çalışan sərnişin daha da qəzəblənib. O, əvvəlcə yanındakı sərnişinə, daha sonra isə onu dayandırmağa çalışan bir qadına zərbə endirib.

Hadisəyə təqaüdə çıxmış Nyu-Cersi polisi Xuan Mejia müdaxilə edib. Daha sonra Riçard Olenik də sərnişini saxlamağa kömək edib.

Şahidlərin sözlərinə görə, həmin şəxs söyüş söyüb, irqçi və homofob ifadələr işlədib. Stüardessa onlara və daha bir sərnişinə plastik qandallar verib.

Üç sərnişin müqavimət göstərən şəxsin əllərini plastik qandallarla bağlayıb. Lakin o, müqavimət göstərməyə davam edib.

Şübhəli daha sonra Mejianı dişləyib və Oleniki də dişləməyə çalışıb. Bundan sonra stüardessanın verdiyi qablaşdırma lentindən istifadə edilərək sərnişin oturacağına bərkidilib.

Olenikin sözlərinə görə, şəxsin ağzı nəfəs almasına mane olacaq şəkildə lentlə bağlanmayıb.

Sərnişin oturacağına bağlandıqdan sonra da müqavimət göstərməyə davam edib. Olenik bildirib ki, bu üsul onun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırıb, lakin tam sakitləşdirməyib.

Təyyarə daha sonra Merilend ştatının Baltimor şəhərinə təcili eniş etmək üçün istiqamətini dəyişib. Olenikin sözlərinə görə, enişə təxminən 15 dəqiqə qalmış o, sərnişinin yenidən hücum etməsinin qarşısını almaq üçün onun dizlərinin üzərində oturub./Qafqazinfo/

Bənzər Xəbərlər

Dünya

Pentaqondan Kiyevə MƏXFİ MİSSİYA: Trampın sülh emissarları gecə yarısı Avropaya endi

Sentyabr 6, 2026
Dünya

Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi

Sentyabr 6, 2026
Dünya

İsrail Livana zərbə endirdi: ölənlər var

Sentyabr 6, 2026
Dünya

“Dünya Çempionatından 18 milyard qazandıq”

Sentyabr 5, 2026
Dünya

Ukraynanın atəşkəs təklifi şəxsən Putinə çatdırılıb

Sentyabr 5, 2026
Dünya

Sülh sazişinin imzalanması: ABŞ Ermənistana bu vədi verib – WSJ

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

Pentaqondan Kiyevə MƏXFİ MİSSİYA: Trampın sülh emissarları gecə yarısı Avropaya endi

06 Sentyabr, 26 / 13:27

Maşın bazarında vəziyyət: Qiymətlərə hansı amillər təsir edir? - VİDEO

06 Sentyabr, 26 / 13:05

Körpə arzusundakı büdcə qorxusu: Uşaq böyütmək neçəyə başa gəlir?

06 Sentyabr, 26 / 12:48

Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi

06 Sentyabr, 26 / 12:29

İsrail Livana zərbə endirdi: ölənlər var

06 Sentyabr, 26 / 12:10

3 BÜRC saf görünsələr də, onları aldatmaq olmur

06 Sentyabr, 26 / 11:51

Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - VİDEO

06 Sentyabr, 26 / 11:32

Rəngli konfetlərin arxasındakı təhlükə - 3 yaşadək uşaqlar narkotikdən zəhərlənir

06 Sentyabr, 26 / 11:13

Bu təqaüd 100 manata qaldırıla bilər

06 Sentyabr, 26 / 10:54

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

06 Sentyabr, 26 / 10:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.