• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib

10 Sentyabr, 26 / 14:42
A A

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubu ünvanlayıb.

Çağdaş.Az xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Baş katib,

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Təşkilata üzv olduğumuz 35 il ərzində Azərbaycan İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, təşkilatın beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir.

Azərbaycan da öz növbəsində, daim İƏT-in ardıcıl dəstəyini hiss etmişdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Biz bütün bunları yüksək qiymətləndiririk.

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan sıx əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyimi ifadə edirəm. Bildiyiniz kimi Azərbaycan 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına, həmçinin İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyasına və digər tədbirlərə ev sahibliyi edəcəkdir. Bu istiqamətdə Sizinlə sıx və səmərəli əməkdaşlıq edəcəyimizə ümid edirəm.

İnanıram ki, Sizin bu mötəbər təşkilata rəhbərliyiniz İƏT-in qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə, İslam həmrəyliyinin güclənməsinə xidmət edəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, İslam dünyasının rifahı naminə şərəfli işinizdə uğurlar arzulayıram”.

Bənzər Xəbərlər

Cəmiyyət

Baş nazir yeni qərar imzaladı

Sentyabr 11, 2026
Cəmiyyət

Bu metrodan bütün stansiyalara getmək mümkün olacaq

Sentyabr 11, 2026
Siyasət

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edəcək

Sentyabr 11, 2026
Manşet

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

Sentyabr 11, 2026
Siyasət

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır

Sentyabr 11, 2026
Hadisə

Qızıl qaçaqmalçılığında təqsirləndirilən sabiq konsul: DİN-in keçmiş zabiti - DOSYE

Sentyabr 10, 2026

XƏBƏR LENTİ

Zəngəzur dəhlizi ilə Azərbaycan–Türkiyə elektrik xətti çəkiləcək

11 Sentyabr, 26 / 16:38

Baş nazir yeni qərar imzaladı

11 Sentyabr, 26 / 16:27

Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır – deputat

11 Sentyabr, 26 / 16:25

Azərbaycanda bu qayda illərlə var – Almaniya isə yeni başlayır

11 Sentyabr, 26 / 16:11

Kərki Azərbaycanındır – Paşinyan

11 Sentyabr, 26 / 15:57

Müəllimlərin yalnız üçdə biri müsabiqə yolu ilə işə qəbul olunub

11 Sentyabr, 26 / 15:43

Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər

11 Sentyabr, 26 / 15:30

Dövlət dəstəyi ilə özəl bağçalara 10 min uşaq cəlb ediləcək

11 Sentyabr, 26 / 15:16

Bu metrodan bütün stansiyalara getmək mümkün olacaq

11 Sentyabr, 26 / 15:03

“Hamınız buna görə cavab verəcəksiniz!” – Paşinyan hədələdi

11 Sentyabr, 26 / 14:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.