• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Dövlət təhlükəsizliyi: Azərbaycan və Çin əməkdaşlıq sazişi imzaladı

14 Sentyabr, 26 / 15:38
A A

Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.

Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə “Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” adlı yekun sənəd qəbul edilib.

Forum çərçivəsində DTX rəisi general-polkovnik Əli Nağıyev Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.

General-polkovnik Əli Nağıyev dəvətə görə minnətdarlığını bildirib, Tibetdə baş vermiş və Çinlə yanaşı, digər ölkələrin vətəndaşlarının da həlak olması ilə nəticələnmiş fəlakətlə əlaqədar dost Çin xalqına və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib. O, Azərbaycan xalqının bu ağır itkilərlə bağlı Çin xalqının kədərini bölüşdüyünü və zərərçəkənlərlə həmrəy olduğunu vurğulayıb.

Görüşdə dünyada təhlükəsizliklə bağlı mövcud vəziyyət və müasir təhdidlərin xarakteri ətrafında fikir mübadiləsi aparılıb, iki qurum arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, ayrı-ayrı regionlarda hərbi münaqişələrin davam etdiyi və qlobal iqtisadiyyat üçün əlavə risklərin yarandığı bir dövrdə artan təhdidlərə qarşılıqlı etimad və hörmət, eləcə də operativ informasiya mübadiləsi əsasında birgə mübarizənin vacibliyi qeyd olunub. Azərbaycan ilə Çin arasında münasibətlərin strateji xarakter daşıdığı, suverenliyə hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.

Tərəflər dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verilməsi, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və telekommunikasiya sistemlərindən istifadə edilməklə törədilən dələduzluq hallarına qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə hüquq mühafizə və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.

Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

dt 82

Bənzər Xəbərlər

Siyasət

ABŞ-dən sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ - Bu tarixdə...

Sentyabr 14, 2026
Manşet

Həmin sertifikatı Prezidentə təqdim etdi - FOTOLAR

Sentyabr 14, 2026
Manşet

TDT Müsəlman dini liderləri İlham Əliyevə müraciət etdi

Sentyabr 14, 2026
İqtisadiyyat

Prezident "SABAH.city"nin açılışını etdi

Sentyabr 14, 2026
Cəmiyyət

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Sentyabr 14, 2026
İqtisadiyyat

Bu halda işdən müavinət alacaqsınız - DETALLAR

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Bunu edənlər cərimə olunsun - TƏKLİF

14 Sentyabr, 26 / 17:56

Bu şəxslərin iş saatı dəyişir - QƏRAR

14 Sentyabr, 26 / 17:41

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

14 Sentyabr, 26 / 17:28

Paşinyanın xəbərdarlığı - Kərki ilə bağlı NƏ BAŞ VERİR?

14 Sentyabr, 26 / 17:14

GƏLƏCƏYİN SƏSSİZ ÇEVRİLİŞİ

14 Sentyabr, 26 / 16:47

ABŞ-dən sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ - Bu tarixdə...

14 Sentyabr, 26 / 16:46

Sabah Bakıda nə baş verəcək? - Bundan xəbərdar olmasanız...

14 Sentyabr, 26 / 16:33

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir – FOTOLAR 

14 Sentyabr, 26 / 16:30

Kreml: Rusiya neft məhsullarının ixracına qadağanı daxili bazarı təmin etmək üçün tətbiq edib

14 Sentyabr, 26 / 16:25

Sahil Babayevdən yeni əmr

14 Sentyabr, 26 / 16:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.