• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.3° Weather Columbus
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

20 Sentyabr, 26 / 9:09
A A

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib.

Çağdaş.Az xatırladır ki, sentyabrın 19-u başlayan əməliyyat qısa müddətə – cəmi 23 saat 43 dəqiqəyə qarşıya qoyulan məqsədlərə çatan kimi dayandırılıb.

Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:

1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.

Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı.

2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı./Report/

Bənzər Xəbərlər

Cəmiyyət

Qarabağda dünya xristianları üçün önəmli 3 kilsə

Sentyabr 21, 2026
Cəmiyyət

Müavinət və təqaüdlər üzrə ödənişlər artıb

Sentyabr 21, 2026
Cəmiyyət

Mərkəzi Bank bu həftə qərarını açıqlayacaq

Sentyabr 21, 2026
Cəmiyyət

Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar – SƏBƏB

Sentyabr 21, 2026
Cəmiyyət

Bu həftə ən şanslı olacaq BÜRCLƏR

Sentyabr 21, 2026
Cəmiyyət

Bakı-Sumqayıt qatarlarında ŞOK MƏNZƏRƏ – Sərnişinlər ayaqyolunda getməyə məcbur qaldı

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Qarabağda dünya xristianları üçün önəmli 3 kilsə

21 Sentyabr, 26 / 12:13

Müavinət və təqaüdlər üzrə ödənişlər artıb

21 Sentyabr, 26 / 12:00

Mərkəzi Bank bu həftə qərarını açıqlayacaq

21 Sentyabr, 26 / 11:47

Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar – SƏBƏB

21 Sentyabr, 26 / 11:34

Bu həftə ən şanslı olacaq BÜRCLƏR

21 Sentyabr, 26 / 11:20

Bakı-Sumqayıt qatarlarında ŞOK MƏNZƏRƏ – Sərnişinlər ayaqyolunda getməyə məcbur qaldı

21 Sentyabr, 26 / 11:06

Suriyanın Hələb şəhərində hərbi ərazidə ardıcıl partlayışlar: Yaralananlar var

21 Sentyabr, 26 / 11:01

Manatın qarşısında rubl gücləndi, avro zəiflədi

21 Sentyabr, 26 / 10:52

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi? – ARAŞDIRMA

21 Sentyabr, 26 / 10:38

Araqçi Nyu-Yorka getdi

21 Sentyabr, 26 / 10:25
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.