Son dəqiqə

Ceyhun Bayramov Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib

Manşet

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.

Əlaqələndirmə, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsinə ümidvarıq”, – məlumatda qeyd edilib.