• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15° Weather Columbus
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda evdən işləyənlərə ŞAD XƏBƏR! Yeni qərar gözlənilir

23 Sentyabr, 26 / 10:51
A A

Yollarda vəziyyətin dözülməz həddə çatması, tıxacların artması və ictimai nəqliyyatda sıxlığın yaranması Bakıda hərəkəti iflic vəziyyətinə gətirib.

Bu vəziyyətdə tıxac və sıxlığın azaldılması üçün karantin dövründə olduğu kimi, bəzi şirkətlərin əməkdaşlarının evdən işləməsi ilə bağlı qərar qəbul etmək olarmı? Belə bir addım nə dərəcədə effektli ola bilər və hansı sahələrdə evdən iş rejiminin tətbiqi mümkündür?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Bakıda nəqliyyat məsələsi artıq yalnız yollardakı avtomobillərin sayı ilə izah edilə biləcək problem deyil:

“Əhalinin və iş yerlərinin müəyyən saatlarda eyni istiqamətdə hərəkət etməsi, ictimai nəqliyyatda sıxlığın artması və pik saatlarda yollara həddindən artıq yük düşməsi şəhərin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə karantin dövründə tətbiq olunan evdən iş təcrübəsindən müəyyən formada yenidən istifadə etmək mümkündür. Amma bunu bütün iş yerlərinə şamil etmək nə realdır, nə də məqsədəuyğundur. Burada daha çevik və differensial yanaşma lazımdır. Məsələn, fəaliyyəti tamamilə elektron şəkildə həyata keçirilə bilən dövlət və özəl qurumlarda, bank, sığorta, İT, konsaltinq, mühasibatlıq, bəzi inzibati və xidmət sahələrində həftənin müəyyən günlərində yaxud işçilərin növbəli qaydada evdən işləməsi tətbiq oluna bilər. Eyni zamanda, bütün əməkdaşların eyni saatda işə başlayıb eyni vaxtda işdən çıxması əvəzinə, çevik iş saatlarından istifadə etmək də mümkündür”.

Deputat bildirib ki, əsas məqsəd insanları evdə saxlamaq yox, pik saatlarda şəhərin küçələrinə çıxan insanların sayını azaltmaqdır:

“Əgər bir şirkətin 100 əməkdaşından 20-30 nəfərinin müəyyən günlərdə evdən işləməsi mümkündürsə, bu, həmin şirkətin qarşısında yaranan nəqliyyat yükünü müəyyən qədər azaldacaq. Bunu yüzlərlə şirkət və qurum üzrə düşündükdə, şəhər miqyasında müəyyən effekt əldə etmək mümkündür. Amma bunu təkcə evdən işlə həll etmək imkansızdır. Bakı üçün daha geniş nəqliyyat siyasəti lazımdır. İş və dərs saatlarının mərhələli şəkildə başlanması, ictimai nəqliyyatın pik saatlarda gücləndirilməsi, parklanma siyasətinin təkmilləşdirilməsi, metro və avtobus şəbəkəsinin genişləndirilməsi, şəhərin müxtəlif hissələrində iş yerlərinin daha balanslı yerləşdirilməsi kimi tədbirlər paralel aparılmalıdır.

Burada əsas prinsip belə olmalıdır: Bakıdakı tıxacla mübarizə insanın hərəkətini məhdudlaşdırmaq hesabına yox, şəhərdə gündəlik hərəkətin daha ağıllı təşkil olunması yönündə aparılmalıdır. Evdən işləmək də bu alətlərdən biridir. Xüsusilə pik saatlarda nəqliyyat yükünü azaltmaq məqsədilə müəyyən sahələrdə pilot qaydada tətbiq edilə, nəticələri ölçülə və effekt verdiyi halda genişləndirilə bilər. Əsas məsələ qərarın inzibati şəkildə hamıya tətbiq olunması deyil, real nəqliyyat məlumatları əsasında hansı sahədə, hansı günlərdə və hansı iş rejiminin daha səmərəli olduğunu müəyyənləşdirməkdir”.

 

Bənzər Xəbərlər

İqtisadiyyat

Dizellə bağlı təcili xəbər yayıldı: Azərbaycanı yanacaq şoku gözləyir?!

Sentyabr 23, 2026
İqtisadiyyat

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI

Sentyabr 23, 2026
Cəmiyyət

TƏCİLİ! Azərbaycan bu şəxslər üçün quru sərhədi açır

Sentyabr 23, 2026
Cəmiyyət

49 nömrəli avtobusla gedənlər DİQQƏT! Hərəkət sxemi dəyişdi

Sentyabr 23, 2026
İqtisadiyyat

Hər gün saatlarla yolda qalanlara XƏBƏR: İş rejimi dəyişir

Sentyabr 23, 2026
Cəmiyyət

Həkim məsləhəti olmadan içməyin: Bitki çaylarının gizli təhlükəsi

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Dizellə bağlı təcili xəbər yayıldı: Azərbaycanı yanacaq şoku gözləyir?!

23 Sentyabr, 26 / 11:05

Azərbaycanda evdən işləyənlərə ŞAD XƏBƏR! Yeni qərar gözlənilir

23 Sentyabr, 26 / 10:51

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI

23 Sentyabr, 26 / 10:38

İranla üç saatlıq görüş necə keçib? - Trampdan ilk AÇIQLAMA

23 Sentyabr, 26 / 10:24

TƏCİLİ! Azərbaycan bu şəxslər üçün quru sərhədi açır

23 Sentyabr, 26 / 9:56

Ceyhun Bayramov Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib

23 Sentyabr, 26 / 9:42

49 nömrəli avtobusla gedənlər DİQQƏT! Hərəkət sxemi dəyişdi

23 Sentyabr, 26 / 9:28

Səyahət etmək istəyənlərə MÜJDƏ: Artıq bu ölkəyə də vizasız gedə biləcəyik

23 Sentyabr, 26 / 9:14

Hər gün saatlarla yolda qalanlara XƏBƏR: İş rejimi dəyişir

23 Sentyabr, 26 / 9:00

Həkim məsləhəti olmadan içməyin: Bitki çaylarının gizli təhlükəsi

22 Sentyabr, 26 / 23:45
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.