• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.5° Weather Columbus
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Banklarda vəsait bolluğu: Kredit faizləri ucuzlaşacaq?

24 Sentyabr, 26 / 9:25
A A

Bank sektorunda izafi likvidliyin 6,3 milyard manata çatması maliyyə bazarında diqqət çəkən göstəricilərdən biridir. AMB-nin məlumatına görə, likvidlik profisiti ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.

Bəs banklarda izafi vəsaitlərin bu qədər artması kredit faizlərinə və bankların kredit vermə aktivliyinə necə təsir edə bilər?

Çağdaş.Az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, bank sektorunda struktur likvidlik profisitinin 6,3 milyard manata çatması və bunun 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artması bankların kreditvermə potensialının xeyli yüksəldiyini göstərir.

Banklarda vəsait bolluğu: Kredit faizləri ucuzlaşacaq?
Onun sözlərinə görə, AMB-nin məlumatına görə, eyni dövrdə banklararası AZIR faizi də ilin əvvəlindən cüzi dərəcədə azalıb ki, bu da artıq vəsaitin pul bazarında ucuzlaşdığını göstərir:

“İzafi likvidlik kommersiya banklarını vəsaitlərini AMB-də saxlamaq əvəzinə real iqtisadiyyata yönəltməyə təşviq edir. Nəticədə, KOB və istehlak kreditlərinin həcmi arta bilər, banklar kredit portfellərini genişləndirməyə daha həvəsli olar, banklararası bazarda borclanma ucuzlaşdığı üçün maliyyələşmə imkanları yaxşılaşar. Amma bu o demək deyil ki, kredit faizləri enəcək. İzafi likvidlik zəruri şərtdir, amma kifayət şərt deyil.

Azərbaycanda kredit faizlərinin enməsi əsasən üç amildən asılıdır. AMB-nin pul siyasəti, uçot dərəcəsi və likvidliyin idarə olunması bankların resurs dəyərinə təsir edir. Kommersiya banklarının risk siyasəti: problemli kredit riski yüksək qiymətləndirilirsə, banklar ucuz resursa baxmayaraq faizləri aşağı salmaya bilər. Kreditə tələb və banklar arasında rəqabət də mühüm amildir. Banklar müştəri cəlb etmək üçün rəqabəti artırdıqda, faizlər daha çox yumşalır.

6,3 milyard manatlıq izafi likvidlik banklarda vəsait bolluğu yaradır. Lakin bu, avtomatik olaraq kredit faizlərinin enməsi demək deyil. Son qərarı Mərkəzi Bankın pul siyasəti və kommersiya banklarının risk və kredit strategiyası müəyyən edir.”

Mövzu ilə bağlı saytımıza açıqlama verən iqtisadçı Günay Hüseyinova isə bildirib ki, ümumilikdə, izafi likvidliyin artması kredit portfelində 12,5 faizlik artıma səbəb olub.

Onun sözlərinə görə, izafi likvidliyin artması o demək deyil ki, sadəcə kreditlərin həcmi artacaq və yaxud kredit portfeli genişləndiriləcək:

“Təbii ki, milli valyutanın dəyərinin qorunub saxlanılması məqsədilə bankların kredit portfeli genişləndirilir. Yəni artan likvidlik kreditə yönəldilir ki, pul kütləsi daha da artmasın, inflyasiya sürətlənməsin və milli valyuta dəyərdən düşməsin.

Mərkəzi Bank uçot dərəcəsinin aşağı həddini hələlik 5 faiz səviyyəsində saxlayıb. Bu da, təbii ki, sektora təsirsiz ötüşmür. Sadəcə, balansı qorumaq məqsədilə aşağı hədd 5 faiz səviyyəsində saxlanılır.

Düşünürəm ki, likvidliyin, xüsusilə də izafi likvidliyin artması banklarda kreditləşmə məsələsində rəqabət mühitini genişləndirəcək. Bu, faizlərin aşağı enməsinə də təsir göstərə bilər. Lakin bir məsələ də var ki, əhalinin ödəmə qabiliyyəti, gəlirləri və xüsusilə problemli kreditlər və onların həcmi də nəzərə alınmalıdır.

Əks təqdirdə, əgər kredit faizlərinin kəskin şəkildə aşağı salınması və güzəştli kreditlərin həcminin artırılması, eləcə də növündən asılı olmayaraq vətəndaşlara kredit verilməsi şərtlərinin bir qədər asanlaşdırılması nəticəsində ödəmə qabiliyyəti ilə bağlı çətinliklər yaranarsa, bu, likvidlik balansının pozulmasına gətirib çıxara bilər.

Lakin qeyd etdiyim kimi, ümumi məcmuda avqust ayında 12,5 faizlik artım varsa, bu, kreditləşmə şərtlərində müəyyən güzəştlərin yarandığını göstərir. Hazırkı mühit orta və uzunmüddətli dövrdə davam edərsə, aylıq göstəricilərə də nəzər salmaq lazımdır. Bu, ümumiyyətlə, kreditlərin verilməsi üçün əlverişli mühit formalaşdıra bilər.

Hər kəsə kredit veriləcək və yaxud bütün banklar faiz dərəcələrini aşağı endirəcək. Əhalinin gəlirləri və ödəmə qabiliyyətindən asılı olaraq şərtlər dəyişə bilər.

Məncə banklar arasında, xüsusilə kreditləşmə məsələsində rəqabət mühiti yaranacaq”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır

Sentyabr 24, 2026
İqtisadiyyat

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata…

Sentyabr 24, 2026
İqtisadiyyat

ABŞ-dan tarixi qərar – Dollar, qızıl və manat üçün həyəcanlı dövr BAŞLAYIR

Sentyabr 24, 2026
İqtisadiyyat

Yeraltı sərvətlərdən milli iqtisadi gücə

Sentyabr 24, 2026
İqtisadiyyat

Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?

Sentyabr 24, 2026
İqtisadiyyat

Dizellə bağlı təcili xəbər yayıldı: Azərbaycanı yanacaq şoku gözləyir?!

Sentyabr 23, 2026

XƏBƏR LENTİ

Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT – VİDEO

24 Sentyabr, 26 / 12:12

Bu 2 bürc üçün pul qapıları açılır – Böyük qazanc gəlir

24 Sentyabr, 26 / 11:58

Moskva İrəvana noyabra kimi vaxt verdi: 4 TƏLƏB

24 Sentyabr, 26 / 11:45

Bakı metrosu gecə saat 1-ə dək işləyəcək

24 Sentyabr, 26 / 11:31

Sabah bütün sosial ödənişlər ödəniləcək

24 Sentyabr, 26 / 11:18

Türk dövlətlərinə pasportsuz gedəcəyik – EKSKLÜZİV

24 Sentyabr, 26 / 11:05

24 sentyabrın ulduz falı — Gözlənilməz yerdən yeni imkanlar yarana bilər

24 Sentyabr, 26 / 10:52

Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır

24 Sentyabr, 26 / 10:38

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata…

24 Sentyabr, 26 / 10:24

Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…

24 Sentyabr, 26 / 10:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.