Son dəqiqə

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Cəmiyyət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Çağdaş.Az-ın məlumatına görə, paylaşımda deyilir:

“Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!”.