Son dəqiqə
Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ Bu şəxslərə pulsuz maşın verilir – Siyahı Pezeşkian: İran və MDB arasında daimi əməkdaşlıq formatı yaradılsın Xəzərin səviyyəsinin enməsi ilə bağlı Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək İlham Əliyev Pezeşkianla görüşdü – GÖRÜNTÜLƏR Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər
Reklam
Reklam

Kibercinayətkarların yeni silahı – Süni intellekt

Cəmiyyət

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov ADEX 2026 çərçivəsində keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektoral görüşdə deyib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizliklə yanaşı, cinayətlərin planlaşdırılması və həyata keçirilməsində texnologiyadan istifadə risklərini də artırır.

Qeyd edək ki, süni intelektin inkişafı artıq qlobal səviyyədə narahatlıq yaradır. Hətta süni intelekt şirkətləri müəyyən risklərin olduğunu etiraf edirlər. Əsas risklərdən biri də süni intelektin cinayətlərin hazırlanmasında güclü alətə çevrilməsidir.

 Cagdas.az bildiriri ki Kiberkriminalist Səfərəli Əliyev  Sfera.az-a açıqlamasında bildirib ki, süni intellekt kibercinayətlərin törədilməsində müxtəlif üsullarla istifadə oluna bilər. Risklər arasında süni intelektdən müxtəlif cinayətlərin törədilməsindən istifadə olunmasıdır.

Onun sözlərinə görə, bu istiqamətdə əsas risklərdən biri “dərin fırıldaqçılıq” (deepfake) metodlarından istifadədir:

“Süni intellekt vasitəsilə sənədlərin saxtalaşdırılması, görüntülərin dəyişdirilməsi və insanların aldadılması mümkündür. Kibercinayətkarlar sosial mühəndislik üsullarından istifadə etməklə insanları manipulyasiya edə və bu prosesdə süni intellekt texnologiyalarından yararlana bilərlər. Belə üsullarla müxtəlif saxta görüntülər və məlumatlar hazırlanaraq şəxslərin aldadılması həyata keçirilə bilər”.

Kiberkriminalist vurğulayıb ki, bu cür hallardan qorunmaq üçün insanların qarşılaşdıqları görüntü və məlumatlara dərhal inanmaması, xüsusilə sosial mühəndislik üsulları ilə təqdim olunan məlumatlara diqqətlə yanaşması vacibdir:

“Şübhəli məzmunun həqiqiliyinin yoxlanılması bu cür fırıldaqların qarşısının alınmasında mühüm rol oynayır. Süni intellektdən zərərli proqram təminatlarının hazırlanmasında da istifadə etmək mümkündür. Buraya “Trojan”lar, eləcə də izləmə məqsədilə istifadə olunan digər “malware”lər daxildir”.

S.Əliyev sonda qeyd edib ki, süni intellekt vasitəsilə kibercinayətkarlar müxtəlif zərərli proqramlar yarada və insanları haker üsulları ilə hədəfə ala bilərlər.