Son dəqiqə
Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ Bu şəxslərə pulsuz maşın verilir – Siyahı Pezeşkian: İran və MDB arasında daimi əməkdaşlıq formatı yaradılsın Xəzərin səviyyəsinin enməsi ilə bağlı Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək İlham Əliyev Pezeşkianla görüşdü – GÖRÜNTÜLƏR Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər
Reklam
Reklam

Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanda velosiped sürərkən Azərbaycan mahnısının sədaları altında video paylaşması müzakirələrə səbəb olub.

Tənqidlərdən sonra baş nazirin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.

Cagdas.az  xəbər verir ki, bu barədə Ermənistanın  Factor.am  nəşri məlumat yayıb.

Baş nazirin mətbuat xidmətindən bildirilib ki, Paşinyanın paylaşımında eşidilən musiqi Türkənistanın Türkmənbaşı şəhərindəki fəvvarələrdən səslənib.

“Baş nazirin paylaşımında eşidilən musiqi fəvvarələrdən gəlir və fəvvarələrin musiqisidir. Video səhər saat 05:30-da çəkilib. Baş nazirin diqqətini də məhz həmin vaxt fəvvarələrin musiqi sədaları altında işləməsi cəlb edib”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Nikol Paşinyan Türkmənbaşı şəhərində velosiped sürərkən çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. O, izləyicilərinə “Sabahınız xeyir, gününüz xoş keçsin, hamınızı sevirəm” sözləri ilə müraciət edib. Videonun fonunda azərbaycanlı müğənni Zeynəb Həsəninin ifa etdiyi “Aram-aram” mahnısı səslənib.\sfera.az\