Son dəqiqə
Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ Bu şəxslərə pulsuz maşın verilir – Siyahı Pezeşkian: İran və MDB arasında daimi əməkdaşlıq formatı yaradılsın Xəzərin səviyyəsinin enməsi ilə bağlı Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək İlham Əliyev Pezeşkianla görüşdü – GÖRÜNTÜLƏR Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər
Reklam
Reklam

Cümə günü Yer kürəsini maqnit qasırğaları bürüyəcək

Cəmiyyət

Cümə günü Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir.

Cagdas.az xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.

Onun sözlərinə görə, cari həftə Günəş aktivliyinin artması ilə başlayıb.

“Günəşdə intensivliyinə görə mümkün səviyyələr arasında sondan əvvəlki kateqoriyaya aid bir neçə M sinifli alışma baş verib. Onlardan çərşənbə axşamının ilk yarısında qeydə alınan ikisi Yer istiqamətində nisbətən böyük ölçüdə iki plazma buludu buraxıb”, – deyə Leus bildirib.

Mütəxəssis qeyd edib ki, beynəlxalq proqnoz mərkəzlərinin məlumatına görə, Günəş maddəsindən ibarət buludlar cümə günü səhər tezdən Yerə çatacaq.

“Geomaqnit sahədəki təlatümlər təxminən iki gün davam edəcək. Oktyabrın 9-da G1-G2 səviyyəli zəif və orta güclü maqnit qasırğalarının yaranması mümkündür. Maqnit qasırğalarının baş vermə ehtimalı təxminən 80 faizdir”, – deyə o vurğulayıb.

Leus əlavə edib ki, planetin geomaqnit sahəsinin bazar günü yenidən sakit vəziyyətə qayıtması proqnozlaşdırılır.\modern.az\