Son dəqiqə
Bu avtomobillərlə bağlı mühüm xəbər – GƏLƏN İL VAXTI BİTİR İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib Prezidentdən YENİ TƏYİNAT -FOTO Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər AYB-dən xaric ediləcək Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib Pensiya hesablanması dəyişir – Kim nə qədər alacaq?
Reklam
Reklam

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.