Son dəqiqə
İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın Bakıda 5 rayon su basma riski ilə üz-üzə: konkret statistika açıqlanmadı Azərbaycan və Ermənistan tərəfləri Gorusda görüş keçirib Prezidentdən YENİ TƏYİNAT -FOTO Bu hərəkəti edənlərə PUL CƏZASI – Mağazalarda vacib qayda AÇIQLANDI Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər AYB-dən xaric ediləcək Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib Pensiya hesablanması dəyişir – Kim nə qədər alacaq? TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Reklam
Reklam

Oktyabrın 9-u ilə bağlı xəbərdarlıq: Maqnit qasırğası…

Cəmiyyət
Günəş aktivliyinin artması səbəbindən cümə günü Yer kürəsində maqnit qasırğasının baş verəcəyi gözlənilir.

Cagdas.az  Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Hesablamalarımıza görə, dünən Günəşdən atılan plazma buludunun Yerə çatması üçün təxminən üç gün vaxt lazım olacaq”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, maqnit qasırğası 10-12 saat davam edəcək və G1-G2 səviyyəsinə çatacaq.

Məlumata görə, Günəşdə aktiv sahələrin artımı dayanıb, müşahidə olunan alışmaların gücü isə azalıb.

Bundan əvvəl, oktyabrın 6-da İKİ RAN laboratoriyasının alimləri plazma buludlarının Yerə doğru hərəkət etdiyini bildirmişdilər.

Çərşənbə axşamı Günəşdə M sinfinə aid iki alışma baş verib. Nəticədə Yer istiqamətində “kifayət qədər böyük ölçüdə” plazma buludları atılıb.