Son dəqiqə
Paşinyanın videosunda Azərbaycan mahnısının səslənməsinə AYDINLIQ Bu şəxslərə pulsuz maşın verilir – Siyahı Pezeşkian: İran və MDB arasında daimi əməkdaşlıq formatı yaradılsın Xəzərin səviyyəsinin enməsi ilə bağlı Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək İlham Əliyev Pezeşkianla görüşdü – GÖRÜNTÜLƏR Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər
Reklam
Reklam

Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq

Cəmiyyət

Pirallahıda yeni dərman zavodunun fəaliyyətə başlamasının ölkədə dərman qiymətlərinə necə təsir edəcəyi maraq doğurur. Oktyabrın 5-də Pirallahı Sənaye Parkında yeni dərman zavodu istifadəyə verilib. Müəssisənin fəaliyyətə başlaması yerli dərman istehsalının genişləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından mühüm addım hesab olunur.

Cagdas.az bildiriri ki mövzu ilə bağlı deputat Müşfiq Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, yeni zavodun fəaliyyəti uzunmüddətli perspektivdə bəzi dərmanların qiymətinin aşağı düşməsinə şərait yarada bilər. Lakin onun sözlərinə görə, bütün dərmanların qısa müddətdə ucuzlaşacağını gözləmək düzgün deyil.

Deputat qeyd edib ki, yerli istehsalın artması bəzi dərmanların xaricdən gətirilməsi ilə bağlı nəqliyyat və təchizat xərclərinin azalmasına, eyni zamanda bazarda alternativlərin və rəqabətin artmasına səbəb ola bilər. Bu isə xüsusilə zavodda istehsal ediləcək preparatların daha münasib qiymətə təklif olunmasına imkan yarada bilər. Bununla yanaşı, xammalın idxal qiyməti, istehsal həcmi və satış xərcləri də dərmanların son qiymətinə təsir edən əsas amillərdir.

M.Məmmədli bildirib ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış dərmanların satış qiymətlərinin yuxarı həddi Tarif Şurası tərəfindən tənzimlənir. Buna görə də istehsal xərclərində yaranan azalmanın aptek qiymətlərində də əks olunması vacibdir.

Deputatın fikrincə, ilkin mərhələdə daha real nəticə dərman təminatının sabitləşməsi və qiymət artımı təzyiqinin azalması ola bilər. İstehsalın genişləndirilməsi ilə ayrı-ayrı preparatların qiymətinin aşağı düşməsi də mümkündür.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. 113,9 milyon manat investisiya dəyəri olan layihə üzrə müəssisənin illik istehsal gücü 60 milyon qutu, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Zavodun 5 il ərzində 500-dən çox preparatın istehsalını lokallaşdırması planlaşdırılır. Müəssisədə 178 nəfər daimi işlə təmin ediləcək.