Son dəqiqə

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

İqtisadiyyat

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Çağdaş.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.