Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

Vətən müharibəsi iştirakçısı yeddi bıçaq zərbəsi ilə öldürüldü

Cəmiyyət

Gəncədə 25 yaşlı gənci 7 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işinin bəzi detalları məlum olub.

Cagdas.az “Unikal”a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, Murad Yusif oğlu Hacıyev 2026-ci il fevralın 2-də idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində Röyal Məmmədovun sürdüyü VAZ-2107 avtomobilini saxlamasını tələb edib. Saat 23 radələrində M.Müşfiq küçəsində Röyal Məmmədov avtomobilinin qarşısını kəsib.

Daha sonra Murad Röyalın üzərinə gəlib, onu yerə yıxaraq əl və ayaq zərbələri ilə üz nahiyəsinə zərbələr endirib. Murad üzərində olan ümumi təyinatlı turist bıçağı ilə Röyal Məmmədova alın nahiyəsinə, döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Bununla da, Murad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə araşdırılır.

Vətən müharibəsi iştirakçısı yeddi bıçaq zərbəsi ilə qətlə yetirildi – Foto

Xatırladaq ki, mərhum Röyal Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdəki şücaətinə görə medallarla təltif edilib.