Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır – AÇIQLAMA

Cəmiyyət

Tamştatlı müəllim modelində fərdi hazırlıq, valideynlərlə görüş və dərsə hazırlıq kimi fəaliyyətlərin əməkhaqqında necə nəzərə alınacağı aydınlaşdırılmalıdır.

Cagdas.az xəbər verir ki, bunu təhsil tədqiqatçısı Elmin Nuru “AzEdu podkast”da deyib.

Onun fikrincə, müəllimin məktəbdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmayacaqsa, əməkhaqqının hesablanması mexanizmi də bu işləri nəzərə almalıdır.

“Əməkhaqqı yenə yalnız dərs saatına görə hesablanacaqsa, müəllimin əlavə fəaliyyətlərə motivasiyası olacaqmı?” – o bildirib.

Tədqiqatçı yeni model üzrə çalışan müəllimlərin iş təcrübələrini paylaşmasının da faydalı olacağını qeyd edib. Onun sözlərinə görə, bu, modelin gündəlik fəaliyyətdə necə tətbiq olunduğunu anlamağa imkan verər.