Son dəqiqə
Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?”

Yumurtanın maya dəyəri azalıb, qiymətlər artıb

Cəmiyyət

Azərbaycanda kənd təsərrüfatı müəssisələrində yumurtanın istehsal maya dəyəri azalsa da, satışının rentabelliyi yüksəlib.

Cagdas.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə müəssisələrdə min ədəd yumurtanın istehsal maya dəyəri 88,69 manat təşkil edib. Bu göstərici 2024-cü ildə 90,89 manat olub.

Beləliklə, min yumurtanın istehsal xərci bir ildə 2,20 manat və ya təxminən 2,4 faiz azalıb. Bir yumurtanın orta istehsal maya dəyəri isə təxminən 8,9 qəpik təşkil edib.

Eyni dövrdə yumurta satışının rentabelliyi 21,8 faizdən 42,6 faizə yüksəlib. Bu, 20,8 faiz bəndi artım deməkdir.

Qeyd edək ki, göstəricilər kənd təsərrüfatı müəssisələrinin fəaliyyətini əhatə edir. İstehsal maya dəyəri yumurtanın mağazalardakı satış qiymətini, rentabellik göstəricisi isə pərakəndə satıcıların qazancını ifadə etmir.\modern.az\