Son dəqiqə

Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir

Cəmiyyət

İsti su ilə təmasda olan plastik paket çaylar tək bir fincana 2 500-ə qədər mikroplastik hissəcik və orqanizm üçün zərərli Bisfenol A (BPA) maddəsi ifraz edir.

Çağdaş.Az xəbər verir ki, “Daily Mail” nəşrində dərc olunan yeni araşdırma bu təhlükəli faktı üzə çıxarıb.

Aşkar edilən mikroplastiklər bəzi süzgəclərin istehsalında tətbiq olunan poliamid plastik növləridir. Tədqiqat zamanı yalnız 100 mikrometrdən böyük hissəciklər nəzərə alınıb, daha kiçik ölçülər isə sayıma daxil edilməyib.

Açıq çay və paket çay müqayisəsi

Mütəxəssislər açıq çayın 1 kiloqramında 146–1 178 mikroplastik aşkarlayıblar. Bu isə 2 qramlıq bir porsiya açıq çayda cəmi 0,3–2,4 hissəcik deməkdir. Yəni açıq çay paket çayla müqayisədə min dəfə daha təhlükəsizdir.

İncələnən plastik paket çayların hamısında mikroplastiklə yanaşı BPA və fitalat esterləri də tapılıb.

Səhiyyə üçün ciddi risklər

Bir fincan paket çaydan orqanizmə daxil olan BPA-nın miqdarı Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) gündəlik icazə verdiyi normanın 4,55% – 21,70%-ni təşkil edir. BPA-nın digər qidalardan da alındığını nəzərə alan mütəxəssislər bu vəziyyətin xüsusilə uşaqlar və hamilə qadınlar üçün ciddi risk yaratdığını bildirirlər.

Mütəxəssislərin tövsiyələri:

Paket çaylar əvəzinə açıq (quru) çaylara üstünlük verilməlidir.

Dəmləmə zamanı metal və ya keramik süzgəclərdən istifadə olunmalıdır.

İsti su ilə təmasda milyonlarla mikro və nanoplastik sızdıran birdəfəlik plastik stəkanlardan imtina edilməlidir./Ölkə.az/