Son dəqiqə

Kamal Cəfərov: Şəhid ailələrinə dövlətin diqqət və qayğısı davam edir – FOTOLAR

Cəmiyyət

Noyabrın 6-da Şərur rayonunun qəhrəman şəhidləri Qurbanov Rauf Vahid oğlu və Salahov Sərxan Həsənqulu oğlunun anım günləri münasibətilə məzarları ziyarət edilib.

Çağdaş.Az xəbər verir ki, anım mərasimində Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək əziz xatirələri dərin ehtiramla yad olunub.

Şəhid ailələrinin üzvləri ilə görüşən Kamal Cəfərov onlarla səmimi söhbət aparıb, ailələrə möhkəm can sağlığı və uzun ömür arzulayıb. O, şəhidlərimizin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda keçdikləri şərəfli döyüş yolundan, göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan bəhs edib.

İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman xüsusi diqqət və qayğı göstərilir. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramının əhəmiyyətini də vurğulayıb.

Sonda şəhidlərin məzarları önündə dualar oxunub, onların əziz xatirəsi bir daha ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.