Son dəqiqə

Daxili İşlər naziri Şahbuzda vətəndaşları qəbul edəcək

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Süleyman Neymətov tərəfindən 2026-cı il noyabr ayının 13-də Şahbuz rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi noyabr ayının 12-nə dəyişdirilib.

Çağdaş.Az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.11.2026-cı il tarixədək Şahbuz Rayon Polis Şöbəsinə, habelə Naxçıvan Muxtar Respublikası DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Vətəndaş qəbulu noyabrın 12-də 10:00-da Şahbuz Rayon Polis Şöbəsində keçiriləcək.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.