Son dəqiqə

Kredit götürmək istəyənlər diqqət! Banklar gəlirlərinizi belə araşdıracaq

Cəmiyyət

Azərbaycanda bankların kredit verərkən borcalanların gəlirlərini qiymətləndirmə qaydası dəyişib. Mərkəzi Bankın yeni qərarına əsasən, gəlirlər rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən edilə bildikdə banklar davranış modeli əsasında proqnozlaşdırılan gəlirdən istifadə edə bilməyəcəklər. Bu dəyişiklik xüsusilə qeyri-rəsmi gəlirləri olan vətəndaşların kredit əldə etmək imkanları ilə bağlı müzakirələrə səbəb olub.

Cagdas.az bildiriri ki Referans Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank davranış modelindən istifadə ilə bağlı müəyyən imkanlar yaradıb. Bu zaman davranış modeli əsasında verilən kreditlərin ümumi kredit portfelindəki payı nəzərə alınmaqla banklar həmin mexanizmdən istifadə edə bilərlər.

Onun sözlərinə görə, burada əsas məqsəd risklərin sığortalanmasıdır. Banklar rəsmi sənəd, yəni rəsmi gəlir mənbəyi olmadıqda belə, vətəndaşın davranışını, o cümlədən sosial media hesabındakı paylaşımlarını və digər məlumatları nəzərə almaqla kredit təklif edə bilərlər.

Deputat qeyd edib ki, ümumilikdə məqsəd kreditlərin idarə edilməsidir:

“Banklar kredit riskini nəzərə almaqla kreditlərin verilməsi məsələsinə yanaşırlar. Çünki kredit qaytarılmayanda risk bankın üzərində qalır. Ona görə də Mərkəzi Bank tərəfindən müvafiq normalar müəyyən edilir. Banklar da kreditin geri qaytarılmamasında maraqlı deyillər. Onlar istəyirlər ki, kreditlər geri qaytarılsın, ödənişlər vaxtında həyata keçirilsin.

Ona görə davranış modelindən istifadə olunacaq. Amma ümumiyyətlə, bankların yanaşması ondan ibarətdir ki, rəsmi gəliri olmayan vətəndaşlara kredit verməkdə maraqlı deyillər. Eyni zamanda, rəsmi gəliri az olan vətəndaşlara böyük məbləğdə kredit verməkdə də maraqlı deyillər.

Bu baxımdan, hazırda bankların sərəncamında 4,16 milyard manat passiv vəsait var və banklar həmin vəsaiti kredit kimi yerləşdirmək istəsələr də, bu məsələdə çətinlik çəkirlər. Çünki bir tərəfdən real sektorda kreditləşmə baxımından müəyyən çətinliklər müşahidə olunur. Digər tərəfdən isə rəsmi gəlir tələbi banklar üçün əsas şərtlərdən biridir.

Ona görə də kredit alınmasında rəsmi gəlir tələbi, hətta davranış modeli tətbiq olunacağı halda belə, əsas meyar olaraq qalacaq”.