Avtomobil texnologiyalarında baş verən yeniliklər son dövrlər sosial medianın da əsas müzakirə mövzularından birinə çevrilib. Şəxsi bloqçu və avtobloger Tural Kərimli də avtomobil dünyasındakı dəyişikliklərlə maraqlanan simalardandır.
Çağdaş.Az xəbər verir ki, Tural Usta kimi tanınan Tural Kərimli avtomobil sahəsindəki fəaliyyəti, xüsusilə sürət qutularının təmiri üzrə Qarob ustası kimi tanınması ilə diqqət çəkir. O, eyni zamanda şəxsi bloqer fəaliyyəti çərçivəsində avtomobil sənayesindəki yeniliklərə və gələcəyin nəqliyyat vasitələrinə maraq göstərir.
Son günlər dünya mediasında Tesla şirkətinin yeni nəsil Roadster modeli geniş müzakirələrə səbəb olub. Elon Musk tərəfindən təqdim olunan layihədə xüsusi mühərrik texnologiyası və avtomobilin qısa müddətə havaya qalxmasını təmin edən sistem nümayiş etdirilib. Şirkət bu modelin istehsalına 2028-ci ildə başlamağı planlaşdırır.
Süni intellektin avtomobillərdə tətbiqi, sürücüsüz idarəetmə sistemləri və uçan nəqliyyat vasitələri gələcəyin avtomobil sənayesində əsas istiqamətlərdən hesab olunur.
Tural Kərimlinin həm avtomobil ustası, həm də şəxsi bloqçu kimi fəaliyyəti onun avtomobil dünyasındakı yeniliklərə olan marağını bir araya gətirir. Tural Usta adı ilə tanınan Kərimli ənənəvi avtomobil ustalığı ilə müasir texnologiyaların kəsişdiyi bir sahədə fəaliyyət göstərir.



