Son dəqiqə
Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası
Reklam
Reklam

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ – kompensasiya veriləcək

Cəmiyyət

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq.

Cagdas.az baku.ws-ə istinadla bildirir ki, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.

Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.

Məlumata görə, söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.

Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.

Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.