Son dəqiqə
Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası
Reklam
Reklam

Gələn il vəkilliyə qəbul imtahanlarında 1 il staja malik hüquqşünaslar da iştirak edə biləcəklər

Cəmiyyət

Gələn il vəkilliyə qəbul imtahanlarında 1 il staja malik hüquqşünaslar da iştirak edə biləcəklər.

Cagdas.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O deyib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklər vəkilliyə qəbul prosesindəki bəzi məhdudlaşdırıcı şərtləri aradan qaldırıb: “Əvvəllər vəkil olmaq üçün 3 il hüquq stajı tələb olunurdusa, indi yalnız bir 1 staj kifayətdir. Gələn il təşkil edəcəyimiz imtahanlarda bir il staja malik hüquqşünaslar da iştirak edə biləcəklər. Bu, vəkilliyə böyük bir axının olacağına işarədir”.

Sədr gənclərin vəkillik fəaliyyətinə cəlb olunmasında maraqlı olduqlarını söyləyib: “Vəkillər Kollegiyası olaraq, imtahanlarda daha çox gəncin iştirak etməsində maraqlıyıq. Bu gün keçirilən imtahanda iştirak edən namizədlərin 71 faizi 40 yaşadək olan şəxslərdir”.(E-huquq.az)