Son dəqiqə
Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası
Reklam
Reklam

TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib

Cəmiyyət

TƏBİB şəkərli diabet xəstələrinə verilən dərmanların gecikməsinə aydınlıq gətirib.

Cagdas.az-ın məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında bildirib ki, hazırda modul tipli yeni layihə üzərində iş aparılır.

Onun sözlərinə görə, həmin layihə gələcəkdə dərman preparatlarının təminatı, pasiyent məlumatlarının idarə olunması və proseslərin elektronlaşdırılması istiqamətində daha səmərəli məlumatlandırma və koordinasiya imkanlarının yaradılmasını nəzərdə tutur.

TƏBİB rəsmisi qeyd edib ki, layihə çərçivəsində ölkə üzrə bütün şəkərli diabet xəstələri siyahıya alınır:

“Hazırda şəkərli diabet xəstələrinin mütəmadi müayinəsi, dispanser qeydiyyat məlumatlarının yenilənməsi və xəstələrin vəziyyətinə nəzarətin gücləndirilməsi prosesi aparılır. Əldə edilən nəticələr yeni şəkərli diabet xəstələrinin elektron registrinə (şəkərli diabet modulu) inteqrasiya olunur. Bu da xəstələrin tibbi məlumatlarının vahid elektron mühitdə izlənilməsini və idarə edilməsini təmin edəcək”.(Report)