Son dəqiqə
Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası
Reklam
Reklam

“Bakı ilə Sumqayıt arasında metro stansiyaları tikilsin” – Millət vəkilindən TƏKLİF

Cəmiyyət

“Məsafəyə görə ödənişi təşkil eləmək çox mürəkkəb məsələdir. Nə cür müəyyən edəcəklər – vaqona minən adam “İçərişəhər”dən “Sahil” metrosuna gedir, yoxsa “Dərnəgül” metrosuna? Bunu etməyə də ehtiyac yoxdur”.

Cagdas.az bildirir ki bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakı metrosunda gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının, yəni məsafəyə görə ödənişin tətbiq edilməsinin gələcəkdə nəzərdə tutula biləcəyi barədə açıqlamaya münasibət bildirərkən dedi.

“Onsuz da qatarlar hərəkət edirlər, ara məsafəni azaltmaqla, eyni zamanda çox sayda yeni metro stansiyaları işə salmaqla hesab edirəm ki, artıq sıxlıq azalacaq və insanlar daha çox rahatlıq tapacaqlar. Amma ödəniş məsələsində mən çox istəyərdim ki, elə bank kartı ilə ödəniş mümkün olsun. Necə ki, artıq bir çox yerlərdə bunu etmək mümkündür.

Eyni zamanda, Bakı metrosu müəyyən müddət üçün ödəniş kartı da buraxa bilər. Məsələn, bir ay üçün ödəniş kartı 30 günün yox, 25 günün pulu ilə əldə edilsin və həm “Bakı Metropoliteni” vəsaiti əvvəldən toplayır, eyni zamanda da insanlar azacıq da olsa qənaət edirlər. Digər tərəfdən, üç aylıq, altı aylıq, bir illik kartlar buraxmaq olar ki, insanlar hiss etsinlər ki, daha uzunmüddətli kart əldə edəndə az ödəyirlər. Bu isə əlbəttə ki, metropolitenin maliyyə vəziyyətinin düzəlməsinə, insanların da müəyyən qənaət etməsinə gətirib çıxara bilər”.

Millət vəkili vurğuladı ki, dövlətimiz “Bakı Metropoliteni”nin inkişafına çox böyük diqqət edir:

“Vaxtaşırı biz yeni metro stansiyalarının tikintisinə dair xəbərlər eşidirik. Həmçinin coğrafiyası genişlənir. Hətta mən arzu edərdim ki, gələcəkdə Bakı ilə Sumqayıt arasında da metro stansiyaları tikilsin ki, insanlar rahatlıqla bu metoddan istifadə etsinlər. Bir sözlə, dövlətimiz bu gün bütün sahələrdə olduğu kimi metropolitenin inkişafını da diqqətdə saxlayır və yenilikləri biz görürük”.(Redaktor.az)