Son dəqiqə
Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası
Reklam
Reklam

Azərbaycanda rayonlar birləşdiriləcək? – AÇIQLAMA

Cəmiyyət

2026-cı ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.

Cagdas.az bildirir ki, büdcə ilə bağlı əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də rayonların optimallaşdırılmasıdır.

Qeyd edək ki, son illər struktur dəyişiklikləri nəticəsində ölkədə fəaliyyət göstərən bir neçə dövlət qurumları ləğv edilərək digər quruma birləşdirilib. Hazırda isə rayonlarla bağlı bu istiqamətdə müzakirələr davam edir.

Qeyd edilir ki, bu prosesin həyata keçirilməsi ilə milyonlarla manat vəsaitə qənaət edilmiş olar. Hazırda Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu var. Bir çox rayon əhalisi 50-70 min nəfər arasındadır, bəziləri daha azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Xızı rayonunda 16.8 min nəfər, Daşkəsən rayonunda 33.4 min nəfər, Siyəzən rayonunda 42 min nəfər, Oğuz rayonunda 48 min nəfər, Zərdab rayonunda 60 min nəfər insan yaşayır.

Naxçıvan Muxtar Respublikasında da bəzi rayonların əhali sayı 30 min nəfərdən aşağıdır. Hazırda səsləndirilən təkliflər arasında rayonların sayının 64-dən təxminən 50-yə endirilməsi yer alır.

Rayonların optimallaşdırılması ilə bağlı təkliflər reallaşarsa, müsbət nəticələr əldə etmək mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, rayonların sayının azaldılması, birləşdirilməsi bir qədər strateji qərarlara söykənməlidir:

“Yəni hansısa yalnız büdcə məntiqinə deyil, idarəetmənin də optimallaşdırılmasına söykənməlidir. Xeyli vaxtdır təklif edirik ki, Azərbaycanda inzibati ərazi bölgüsü dəyişdirilməlidir, buna ehtiyac yaranıb.

Bizim hərbi qələbəmizdən, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasından sonra hətta zərurətə çevrilib. Azərbaycan Prezidentinin qərarı ilə Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan da daxil olmaqla 14 iqtisadi rayon yaradılıb.

Həmin 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Yəni ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac yoxdur. Bunun üçün də Konstitusiya islahatları lazımdır. Əgər Konstitusiya islahatları, idarəetmənin təkmilləşdirilməsi kimi addımlar atılsa, daha yaxşı olar.

Təbii ki, bu büdcə xərcləmələrinə də qənaət etmiş olar, idarəetmənin keyfiyyətini də artırmış olar. İdarəetmə daha keyfiyyətli, daha insanyönümlü olar. Belə yanaşılması daha doğrudur”.(Sfera.az)