• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.7° Weather Columbus
$
1.7
€
1.9792
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kiçik rayonlar böyük rayonlara birləşdirilsin! – DEPUTAT

29 Noyabr, 25 / 20:16
A A

Azərbaycanda inzibati-ərazi bölgüsünün optimallaşdırılması ilə bağlı müzakirələr son günlər daha da aktuallaşıb. Belə ki, əhalisi 20-25 min nəfər, hətta bundan da az olan rayonların saxlanılmasının dövlət büdcəsinə əlavə yük formalaşdırdığı deyilir. Hər bir rayon üçün ayrıca icra strukturlarının, xəstəxanaların, məktəblərin, sosial xidmət və kommunal infrastrukturun maliyyələşdirilməsi xərcləri ciddi məbləğ təşkil edir. Hazırda ölkədə 64 rayonun mövcudluğu ərazicə kiçik Azərbaycan üçün həddindən artıq çox sayılır. Statistika göstərir ki, Xızı, Daşkəsən, Siyəzən, Oğuz, Zərdab kimi rayonlarda əhali sayı minimal həddədir və bu, idarəetmənin effektivliyinə təsir edir. Bu baxımdan rayonların sayının təxminən 50-yə endirilməsi ilə bağlı təkliflər gündəmə gətirilir.

Cagdas az-ın xəbərinə görə, mövzu ilə Modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycanda mərkəz tabeli şəhərlər, rayon tabeli şəhərlər və şəhər rayonları mövcuddur. Onun sözlərinə görə, ölkənin idarə edilməsi də məhz bu inzibati ərazi bölgüsünə uyğun şəkildə həyata keçirilir.

“İnzibati ərazi bölgüsünün özünəməxsus strukturları – icra hakimiyyətləri və digər paralel qurumlar idarəetmə mexanizmini tamamlayır və onun fəaliyyətini təmin edir. Zaman-zaman idarəetmə aparatının azaldılması ilə bağlı islahatlara ehtiyac olduğu barədə fikirlər səsləndirilir. Biz də hesab edirik ki, daha az komanda ilə idarəetməyə keçid və bununla maliyyə qənaətinə nail olunması məqsədəuyğundur”.

Deputat vurğulayıb ki, 14 iqtisadi rayon bölgüsü aparılarkən regional idarəetmə modelinə keçidin mümkünlüyü barədə müzakirələr də gündəmə gəlib:

“İstənilən vaxt idarəetmə sistemində islahatlara gedilməsi ehtimalı yüksəkdir. Azərbaycan Prezidentinin mövqeyi də bundan ibarətdir ki, hazırkı icra hakimiyyətləri keçmiş sovet dövründən qalan qurumlardır və onların yenilənməsinə ehtiyac var.

Bununla yanaşı, ölkədə Prezidentin səlahiyyətli nümayəndə institutu da formalaşıb ki, bu da idarəetmədə tətbiq olunan metodlardan biridir. Gələcək islahatların konkret istiqaməti zamanla bəlli olacaq. Lakin bizim təklifimiz ondan ibarətdir ki, regionların inkişafına xüsusi diqqət yetirilməlidir”.

Sədr müavini regional idarəetmədə kiçik rayonların böyük rayonlarla birləşdirilib bir mərkəzdən idarə olunması məsələsinin məqbul olduğunu da diqqət çəkib:

“Amma istənilən halda bu, ciddi araşdırma mövzusudur. Çünki, bir qərarla bunu həyata keçirmək doğru olmaz. Birləşmə elə aparılmalıdır ki, ümumilikdə həmin rayonların inkişafına xidmət etmiş olsun. Ümumilikdə isə mütəxəssislərin rəyi nəzərə alınmaqla buna gedilə, daha dəqiq söyləsək rayonlar birləşdirilə bilər”.

Yekun olaraq A.Əlizadə onu da əlavə edib ki, az əhalisi olan rayonlarda inkişaf səviyyəsinin artırılması, həmin rayonların iqtisadi imkanlarının genişləndirilməsi, vergi bazasının böyüdülməsi, eləcə də əhalinin məşğulluq problemlərinin həll edilməsi də prioritet istiqamətlər sırasındadır:

“Bunun üçün regionların inkişaf proqramı mövcuddur. Hesab edirəm ki, regionların icra strukturlarında və ümumilikdə idarəetmədə rol oynayan müvafiq qurumlarda ştat vahidlərinin azaldılması, daha kiçik komanda ilə idarəetməyə keçid həm qənaət yaratmaq, eləcə də idarəetmənin effektivliyini artırmaq baxımından məqsədəuyğundur. İslahatlar məhz bu istiqamətdə aparıla bilər”,- deyə deputat fikrini tamamlayıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Əlillik və peşə qabiliyyəti ilə bağlı yeni QAYDALAR – 5 günə…

May 25, 2026
Cəmiyyət

Dünya liderlərindən İlham Əliyevə təbriklər

May 25, 2026
Cəmiyyət

İyunda 10 gün iş OLMAYACAQ

May 25, 2026
Cəmiyyət

Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI

May 25, 2026
Cəmiyyət

Bu imtahana qeydiyyat başladı

May 25, 2026
Cəmiyyət

Pensiya alanların nəzərinə

May 25, 2026

XƏBƏR LENTİ

Əlillik və peşə qabiliyyəti ilə bağlı yeni QAYDALAR – 5 günə…

25 May, 26 / 12:49

Dünya liderlərindən İlham Əliyevə təbriklər

25 May, 26 / 12:36

İyunda 10 gün iş OLMAYACAQ

25 May, 26 / 12:22

Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI

25 May, 26 / 12:07

Bu imtahana qeydiyyat başladı

25 May, 26 / 11:51

Pensiya alanların nəzərinə

25 May, 26 / 11:38

Dünən keçirilmiş imtahanın cavabları açıqlandı

25 May, 26 / 11:25

Rayonlarda yağışlar intensivləşib, dolu yağır

25 May, 26 / 11:11

Paşinyan nə vaxt istefa verəcəyini ELAN ETDİ

25 May, 26 / 10:57

25 May, 26 / 10:45
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.