• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.3° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Deputat Asif Əsgərov icra başçısı olduğu dönəmdə kimlər milyonluq tenderlərin qalibi seçilib?

02 Dekabr, 25 / 17:05
A A

112 saylı Zaqatala seçki dairəsinin deputatı Asif Əsgərovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrü araşdırılıb. Məlum olub ki, A.Əsgərovun icra başçısı kimi fəaliyyət göstərdiyi son illərdə – xüsusilə 2023–2024-cü illərdə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra satınalmalar həyata keçirilib.
Cagdas.az  xəbər verir ki, aparılan araşdırma göstərir ki, Asif Əsgərovun Nəsimi RİH başçısı olduğu dövrdə sadəcə 16 ay ərzində ümumi dəyərinin 1 milyon 401 min 076 manat 60 qəpik dəyərində tender müqaviləsi bağlanıb. Satınalmaların böyük hissəsinin eyni şirkət – “EVEREST-2022” MMC-yə verilməsi diqqət çəkən məqam kimi önə çıxır.

2023–2024-cü illərin tender siyahısı

2023-cü il
13.09.2023 – “EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
97 355,9 AZN

“KONEKS CONSTRUCTION” MMC – Küçə və həyətyanı sahələrin asfalt örtüyü
393 174,08 AZN

“BİLGƏ QRUP” QSC – Təsərrüfat işçiləri üçün mallar
178 788,88 AZN

“EVEREST-2022” MMC – Abadlıq işləri üçün mallar
267 452,9 AZN

“TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN

“EVEREST-2022” MMC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN

“EVEREST-2022” MMC – Parklar üçün mallar
74 542,96 AZN

“EVEREST-2022” MMC – Müxtəlif təyinatlı hissələr
17 310,6 AZN

“EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
25 335 AZN

Vasif Nəzir oğlu Mürşüdov – Oturacaqlar və zibil qutuları
25 335 AZN

2024-cü il
“EVEREST-2022” MMC – Həyətyanı sahələr üçün idman-əyləncə qurğuları və tullantı qutuları
276 127,08 AZN

“EVEREST-2022” MMC – Avtomobil ehtiyat hissələri
11 033 AZN

Nəticələr bunu göstərir ki…

Araşdırma göstərir ki, tenderlərin böyük hissəsi – xüsusilə də abadlıq, park avadanlıqları və müxtəlif təyinatlı malların alınması üzrə müqavilələr eyni şirkət olan “EVEREST-2022” MMC ilə bağlanıb. 2023–2024-cü illər üzrə ümumi dəyəri 1,4 milyon manatı aşan satınalmaların strukturu və icrası isə müvafiq qurumların şəffaflıq mexanizmlərinin nə dərəcədə işlədiyini yenidən gündəmə gətirir.

Xatırladaq ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun sabiq icra başçısı Asif Əsgərov vaxtı ilə vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə olub.

2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O, Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.

Bundan öncə isə Asif Əsgərov oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Belə ki, 2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi “Mersedes” markalı avtomobil Ə.Qəhrəmanovun idarə etdiyi “Hovo” markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində “Mersedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişmişdi. S.Mirzəyev “MakDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.

İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.

İ.Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı.

İdman(çı) keçmişi

A.Əsgərov 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini olub. Həmçinin Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.( 32gun.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Xocavənd kəndinə daha 32 ailə yola salındı

Aprel 30, 2026
Cəmiyyət

DİN çağırış etdi: qanunsuz silah-sursatlarınızı könüllü təhvil verin

Aprel 30, 2026
Cəmiyyət

DİM abituriyentlər arasında sorğu keçirir

Aprel 30, 2026
Cəmiyyət

Rezidenturaya qəbul olunmaq istəyənlər üçün vacib gün

Aprel 30, 2026
Cəmiyyət

"Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK

Aprel 30, 2026
Cəmiyyət

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

Aprel 30, 2026

XƏBƏR LENTİ

Ərəb Əmirlikləri Hörmüz boğazından imtina edir

30 Aprel, 26 / 14:09

Xocavənd kəndinə daha 32 ailə yola salındı

30 Aprel, 26 / 13:55

300 milyon dollarlıq ticarət - Ermənistandan nə alacağıq?

30 Aprel, 26 / 13:41

DİN çağırış etdi: qanunsuz silah-sursatlarınızı könüllü təhvil verin

30 Aprel, 26 / 13:27

Doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda

30 Aprel, 26 / 13:13

DİM abituriyentlər arasında sorğu keçirir

30 Aprel, 26 / 12:59

Rezidenturaya qəbul olunmaq istəyənlər üçün vacib gün

30 Aprel, 26 / 12:44

Prezident idmançıları qəbul edib

30 Aprel, 26 / 12:29

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

30 Aprel, 26 / 12:16

Nazirlik təcili açıqlama yaydı: 30 iyunadək vaxtınız var

30 Aprel, 26 / 12:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.