• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.6° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK

03 Dekabr, 25 / 12:31
A A

Çağırışaqədər yaş həddində olan vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunacaqlar.

Cagdas.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb.

Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış mütləq tibbi müayinədən keçiriləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) əlilliyi müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların və çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul ediləcək. İlkin hərbi qeydiyyata alınmalı olan əlilliyi müəyyən edilmiş vətəndaşlar və çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndiriləcəklər.

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələrini və çağırışçıları onların Elektron Hökumət İnformasiya Sistemində yaradılan elektron kabinetlərinə elektron formada çağırış vərəqəsi göndərməklə (bu mümkün olmadıqda çağırış vərəqəsi poçt rabitəsi və ya digər vasitələrlə və şəxsən təqdim olunmaqla) tibbi müayinələrin keçiriləcəyi tibb müəssisəsi və keçməli olduqları müayinə metodları, müəyyən edilmiş vaxtda yaxınlaşmalı olduqları müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası və gəlməmələrinin nəticələri barədə məlumatlandırır. Çağırış vərəqəsi elektron formada təqdim olunması üçün VEİS-də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası (bundan sonra – elektron imza) ilə təsdiqlənir və real vaxt rejimində VEİS üzərindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın və ya onun qanuni nümayəndəsinin həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, vətəndaşa və ya onun qanuni nümayəndəsinə çağırış vərəqəsinin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası ilə bağlı məlumat Elektron Hökumət İnformasiya Sistemi üzərindən bildiriş və (və ya) qısa mesaj-SMS vasitəsilə göndərilir.

Dəyişikliyə əsasən, tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni

nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) və çağırışçılar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılacaqlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar və çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri və çağırışçılar məlumatlandırılmış hesab olunacaqlar.

Hazırda çağırışaqədər yaş həddində olanların və çağırışçıların bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə zərurəti yarandığı halda, onlar ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə ixtisaslaşmış tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə və ya müalicəyə göndərilirlər. Dəyişikliyə görə, çağırışaqədər yaş həddində olanlar və çağırışçılar tibbi müayinə nəticələrinə əsasən ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə diaqnozun dəqiqləşdirilməsi məqsədilə tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə, hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyinə görə isə dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndəriləcəklər.

Bənzər Xəbərlər

Cəmiyyət

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

İyun 28, 2026
Cəmiyyət

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

İyun 28, 2026
Cəmiyyət

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

İyun 28, 2026
Cəmiyyət

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

İyun 28, 2026
Cəmiyyət

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

İyun 28, 2026
Cəmiyyət

Masonlar Bakıda toplaşdı –Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirildi / FOTOLAR 

 

İyun 28, 2026

XƏBƏR LENTİ

Nura həmin məşhurları hədəf aldı: “Vallah, sizdə alınmır”

28 İyun, 26 / 22:02

Balkanlarda hərbi gərginlik artır – Vuçiçdən gözlənilməz qərar

28 İyun, 26 / 21:09

Müctəba Xamenei xalqa müraciət etdi: iki liderə ultimatum göndərdi

28 İyun, 26 / 20:40

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

28 İyun, 26 / 20:02

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

28 İyun, 26 / 19:28

Arıqlamaq istəyənlərə şad xəbər - Cəmi 7 gün limonu belə yeyin

28 İyun, 26 / 18:59

TƏCİLİ! Medvedevdən Ermənistanla bağlı ŞOK: Ordu yeridilə bilər

28 İyun, 26 / 18:22

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:54

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:29

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

28 İyun, 26 / 17:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.