• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
3.9° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu yerlərdə qaz cihazı olmamalıdır: “Tövsiyə edilmir”

09 Dekabr, 25 / 23:27
A A

Havaların sürətlə soyumasından sonra mənzillərdə qazla işləyən müxtəlif qızdırıcı cihazlardan daha intensiv şəkildə istifadə olunması müşahidə edilir. Qaz cihazlarından intensiv şəkildə istifadənin artması nəticəsində dəm qazından zəhərlənmə hallarının sayında da nəzərəçarpacaq artım baş verir. Təcrübə göstərir ki, aidiyyatı qurumların, ekspertlərin tövsiyələrinə baxmayaraq bəzi istehlakçılar qazla işləyən qızdırıcı cihazlardan qaydalara uyğun şəkildə istifadə etmədiyindən zəhərlənmə, partlayış, yanğın kimi halların sayı artır. Belə halların sayının azaldılması  üçün hava dövriyyəsinin az olduğu qapalı məkanlarda qızdırıcı cihazların quraşdırılmasının qadağan edilməsi tövsiyə olunur. 

Cagdas.az bildirir ki bununla bağlı fikirlərini  bölüşən təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatının olduğu hər yerdə təhlükəsizlik məsələləri mütləq ön planda olmalıdır:

“Məişətdə istifadə edilən qaz cihazları ilə bağlı qaydalara ciddi əməl etmək vacibdir. İlk növbədə, quraşdırma olunan otaqda kifayət qədər hava dövriyyəsinin olmasına diqqət yetirilməlidir. Yəni qaz avadanlığı yerləşən məkanda mütləq havalandırma sistemi, ventilyasiya və nəfəslik olmalıdır. Bundan başqa, tüstü bacaları tam işlək vəziyyətdə saxlanmalı və standartlara uyğun olmalıdır. Onlar ildə ən azı iki dəfə təmizlənməlidir. Qazla işləyən otaqlarda qaz sızması və dəm qazına qarşı xüsusi detektorların quraşdırılması da çox önəmlidir. Bu qurğular sızma baş verən kimi avtomatik olaraq qazın verilməsini dayandırır və mümkün faciələrin qarşısını alır. Dəm qazı detektoru isə havada dəm qazı toplandıqda yüksək səs siqnalı ilə istifadəçini xəbərdar edir”.

 

Ekspert əlavə edib ki, dəm qazından zərər görənlərin əksəriyyəti vanna otaqlarında olur:

“Sanitar qovşaqlarında qaz cihazlarının quraşdırılması tövsiyə edilmir. Lakin belə bir avadanlıq varsa, həmin yerdə mütləq düzgün ventilyasiya, hava girişi-çıxışı və dəm qazı detektoru olmalıdır. Bu tələblərə əməl edildikdə təhlükə minimuma enir. Dəm qazı iysiz və rəngsiz olduğuna görə insanlar onun əmələ gəldiyini hiss etmir. Buna görə qaz avadanlıqlarından istifadə zamanı bütün texniki tələblərə düzgün riayət etmək şərtdir. Tüstü bacalarının daim işlək olması və otaqlarda müntəzəm hava dəyişiminin təmin edilməsi də vacibdir. Çünki dəm qazı natamam yanma nəticəsində yaranır. Yanma prosesi düzgün getmədikdə və ya tüstü bacası normal işləmədikdə dəm qazının əmələ gəlmə riski artır”.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının bu ərazilərində qaz kəsiləcək

Dekabr 23, 2025
Cəmiyyət

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Dekabr 22, 2025
Cəmiyyət

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

Dekabr 22, 2025
Cəmiyyət

Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Dekabr 22, 2025

XƏBƏR LENTİ

Bakının bu ərazilərində qaz kəsiləcək

23 Dekabr, 25 / 9:25

Ağıllı insanların yaşadığı ölkələrin REYTİNQİ - Birinci hansı ölkə oldu?

23 Dekabr, 25 / 9:11

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

23 Dekabr, 25 / 8:59

Aysun polisə şikayət etdi

22 Dekabr, 25 / 23:16

Gəlin “zərgərlik mağazası”na çevrildi – Bərzani ailəsi ilə qohum oldular – VİDEO

22 Dekabr, 25 / 22:01

“Toylarda aş gətirən rəqqasə olmuşam”

22 Dekabr, 25 / 21:30

Vanqa rus ulduzla qohum imiş…

22 Dekabr, 25 / 20:50

Xankəndiyə getməyən Xatirə Moskvaya getdi – FOTOlar

22 Dekabr, 25 / 20:29

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

22 Dekabr, 25 / 20:10

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

22 Dekabr, 25 / 19:53
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.