Son dəqiqə

Vəzifəyə təyinat alan şəhid qızı kimdir? — DOSYE

Cəmiyyət

Tamilla Qulami yeni vəzifəyə təyin olunub.

Tamilla Qulami “El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı Direktoru təyin olunub.

Cagdas.az  Tamilla Qulaminin dosyesini təqdim edir:

Tamilla Famil qızı Qulami 1 oktyabr 1983-cü ildə Tərtər rayonunda anadan olub.

Bakı şəhər 88 saylı orta məktəbi (indiki Humanitar fənlər təmayüllü məktəb-lisey) bitirib.

2001-ci ildə Bakı şəhəri üzrə keçirilən Texniki Fənnlər Olimpiadasında 1-ci yeri tutub.

2001-2005-ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin bakalavr pilləsini bitirib.

“Muzeyşünaslıq – maddi və mədəni abidələrin qorunması və bərpası” ixtisası üzrə “Münaqişə zonalarında təcavüzə uğramış maddi-mədəni abidələrin qorunmasında beynəlxalq konvensiyaların icra prinsipləri” mövzusunda dissertasiya müdafiə edərək, 2008-2010-ci illərdə magistratura üzrə təhsil alıb, sözügedən ixtisası FƏRQLƏNMƏ ilə bitirib.

Məktəb və universitetin ictimai həyatında daim fəal iştirak edib, Fəxri Fərmanlara layiq görülüb.

Dövri mətbuatda ədəbi, ictimai-siyasi yazıları dərc olunur.

2008-2019-cu illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi katib köməkçisi olub.

2010-2014-cü illərdə Güney Azərbaycan Televiziyasında “Günün səsi” xəbərlər informasiya buraxılışında aparıcı redaktor kimi çalışıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Ümid Partiyasında rəsmi olaraq siyasi fəaliyyətə başlayıb.

Tamilla Qulami Ümid Partiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, Ali Məclis sədrinin birinci müavini, partiya sədrinin təbliğat və informasiya məsələləri üzrə müavini olub, hal-hazırda partiyanın İdarə Heyətinin üzvüdür.

Tamilla Qulami 23 dekabr 2014-cü il Bələdiyyə seçkilərində iştirak edib və seçilib.

2014-2019-cu illər Binəqədi Bələdiyyəsinin üzvü olub.(oxu24.com)