Son dəqiqə

Azərbaycanda əczaçılıq məhsullarının satışı kəskin artıb

İqtisadiyyat

2025-ci ilin yanvar–noyabr aylarında ölkədə əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə satış həcmi 1 milyard 424 milyon 100 min manata çatıb.

Cagdas.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% artım göstərir.

Hesabat dövründə əczaçılıq və tibbi məhsulların ümumi ticarət dövriyyəsindəki payı 2,4% olub.

Ümumilikdə isə yanvar–noyabr aylarında ölkənin pərakəndə ticarət dövriyyəsi 58 milyard 571 milyon manat təşkil edib.