Son dəqiqə

“Qobu Park”dakı yanğında ölənlərin sayı artdı

Hadisə

Dekabrın 5-ə keçən gecə, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qobu Park-1” yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı beşə çatıb.

Cagdas.az xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib.

Yanğın doqquzmərtəbəli binanın yeddinci mərtəbəsində yerləşən mənzildə baş verib və qısa müddətdə nəzarət altına alınaraq digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəx və dəhliz hissəsi 13 m² sahədə yanıb. Yanğın zamanı əvvəlcədən bildirildiyi kimi, 4 nəfər həyatını itirib.