Son dəqiqə

“Azərişığ”ın işçisini cərəyan vurub öldürdü

Hadisə

Dekabrın 12-də Abşeron rayonunda bədbəxt hadisə baş verib: “Azərişıq”ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb.

Cagdas.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.