Abşeron Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.
TƏBİB-dən Cagdas.az -ın sorğusuna cavab olaraq bildirilib ki, sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.
Hadisə zamanı xəsarət alan şəxsə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
TƏBİB qeyd edib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları daha əvvəl də müşahidə olunub və bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.
***
11:41
Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Cagdas.az xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasın baş həkimin müavini təyin edilib. (report.az)


