Son dəqiqə

Acun Ilıcalı böyük müqaviləyə imza atdı – UEFA turnirləri geri qayıdır

İdman

Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus rəqəmsal yayım platforması Exxen UEFA-nın klub turnirlərinin Türkiyə üzrə yayım hüquqlarını yenidən əldə edib.

Çağdaş.Az xəbər verir ki, dörd illik müqaviləyə əsasən, UEFA Çempionlar liqası, UEFA Avropa liqası, UEFA Konfrans liqası və UEFA Super kubok oyunları 2027-2028-ci il mövsümündən etibarən yenidən Exxen platformasında yayımlanacaq.

Yeni müqavilə 2027-2028-ci il mövsümündə qüvvəyə minəcək və 2030-2031-ci il mövsümünün sonunadək davam edəcək. Beləliklə, Avropanın ən nüfuzlu klub turnirləri dörd mövsüm ərzində Türkiyədə Exxen vasitəsilə futbolsevərlərə təqdim olunacaq.

Qeyd edək ki, Avropa kuboklarının Türkiyə üzrə yayım hüquqları 2021-2024-cü illərdə də Exxen-ə məxsus idi. Daha sonra, 2024-2025-ci il mövsümündən etibarən yayım hüquqları TRT-yə keçmiş və qarşılaşmalar TRT kanalları ilə yanaşı, “tabii” platformasında yayımlanmağa başlanmışdı.

Yeni razılaşma ilə UEFA-nın klub turnirləri üç mövsümlük fasilədən sonra yenidən Exxen platformasına qayıdacaq.