Son dəqiqə

Ağdərənin Vəngli kəndinə növbəti köç yola salınıb

Cəmiyyət

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

“Cagdas.az”ın məlumatına görə, bu mərhələdə kəndə 16 ailə, yəni 76 nəfər köçürüləcək.

Beləliklə, Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 134-ə, sakinlərin ümumi sayı isə 544 nəfərə çatacaq.