Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Aksiz vergisi tutulan məhsulların siyahısı genişləndiriləcək

Cəmiyyət

2027-ci ilin büdcə proqnozlarında aksiz vergisinə cəlb olunan məhsulların siyahısının genişləndirilməsi nəzərə alınıb.

Cagdas.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Gələn il Dövlət Vergi Xidmətinin xətti ilə aksizlərdən 1 milyard 669 milyon manat daxilolma gözlənilir. Bu, cari ilin proqnozundan 85 milyon manat və ya 5,4 faiz çoxdur.

Qeyri-neft-qaz sektorunda aksiz daxilolmalarının artımı məhsulların siyahısının genişləndirilməsi ilə yanaşı, siqaret, spirtli içki və pivə istehsalının artacağı proqnozu ilə də əlaqələndirilir.

İdxal olunan mallar üzrə aksiz daxilolmaları isə 240 milyon manat nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 6 milyon manat çoxdur. Sənəddə həmin artımın da bir sıra malların aksizli məhsullar siyahısına daxil edilməsi ilə bağlı olduğu göstərilib.

Təqdim olunan hissədə siyahıya əlavə ediləcək məhsulların adları açıqlanmayıb.